Klublarımız həm Çempionlar Liqasında, həm də ilk dəfə keçirilən Avropanın Konfrans Liqasında güclərini sınayırlar

Məlum olduğu kimi, dünən Azərbaycan klubları üçün sınaq yarışları idi. Çempionlar Liqası turnirində ölkəmizi təmsil edən “Neftçi” futbol klubu Yunanıstanın “Olimpiakos” komandası ilə, Konfrans Liqasında isə Sumqayıtın “Sumqayıt” komandası Serbiyanın “Çukariçki” komandası ilə qarşılaşırdı. “Sumqayıt” səfərdən sərfəli heç-heçə (0:0) ilə qayıtdısa, “Neftçi” minimal hesabla (1:0) uduzdu. Bununla belə, “Neftçi”nin növbəti mərhələyə çıxmaq şansı olduqca yüksəkdir. Çünki 90 dəqiqə ərzində “Neftçi” adlı-sanlı rəqibindən çəkinmədən olduqca güclü mübarizə apardı. Amma təəssüf ki, yaranan qol epizodlarından istifadə edə bilmədi.

Komandanın əsas qol silahı olan Namiq Ələsgərovun 43-cü dəqiqədə rəqib oyunçu Medi Kamara tərəfindən çox ciddi kobudluğa məruz qaldı və başından aldığı zədə nəticəsində oyunu məcburi tərk etməli oldu. M.Kamara isə qırmızı vərəqə ilə meydandan qovuldu. Məcburi əvəzetmə, demək olar baş məşqçi Samir Abbasovun planlarına daxil deyildi. Bununla belə, “Neftçi” komandası mübarizədən çəkinmədi və rəqiblə demək olar başa-baş mübarizə apardı. Amma çox təəssüf ki, birinci hissədə Namiq Ələsgərov yaranan 100 faizlik qol imkanlarından istifadə edə bilmədi. İkinci hissədə də “Neftçi” çox güclü təsir bağışladı, lakin rəqibin azlıqda qalmasından maksimum yararlana bilmədi. İnanırıq ki, bir həftədən sonrakı Bakıdakı oyunda baş məşqçi Samir Abbasov kəm-kəsirləri aradan qaldıraraq və doğma meydan amilindən istifadə edərək “Neftçi” azərkeşlərinin üzünü güldürəcək.

Bu gün isə artıq Avropada tanınmış Ağdamın “Qarabağ” futbol klubu Konfrans Liqası çərçivəsində İsrailin “Aşdod” klubu ilə Tofiq Bəhramov adına respublika stadionunda, “Keşlə” isə səfərdə Rusiyanın “Soçi” klubu ilə qarşılaşacaq. Hər iki oyun bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Komandalarmıza uğurlar diləyirik.

Elçin M.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN