Xəbər verildiyi kimi, bir qrup media və QHT nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edərək jurnalistlər üçün tikilmiş 3-cü binanın şəhid ailələri və qazilərə verilməsini təklif ediblər. 

“Möhtərəm Cənab Prezident! Biz də bu böyük missiyanın həyata keçirilməsində öz həmrəyliyimizi nümayiş etdirmək, olduqca böyük və şərəfli işin icrasında töhfəmizi vermək, dövlətimizin və Sizin yanınızda oluğumuzu bir daha bildirmək istəyirik.

Məlum olduğu kimi, son illər Azərbaycan dövləti jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün məqsədyönlü addımlar atıb. Bunlardan biri də media nümayəndələri üçün yaşayış binalarının tikilməsi, onların dövlət hesabına mənzillərlə təmin edilməsidir. Ötən dövrdə 500-ə yaxın jurnalist belə mənzillərlə təmin olunub. Jurnalistlər üçün nəzərdə tutulan üçüncü bina da artıq istifadəyə hazırdır. Biz təklif edirik ki, öz canından keçərək, əsl qəhrəmanlıq nümunəsi göstərərək bu Vətənin bütövlüyünü bizə bəxş edən şəhid və qazilərimizə ehtiramın ifadəsi olaraq, sözügedən üçüncü binadakı mənzillər şəhid ailələrinə, torpaqlarımızın azad edilməsində böyük şücaət göstərmiş xüsusi təyinatlılarımıza, Vətən Müharibəsi qəhrəmanlarına təqdim olunsun. Bu, gözəl həmrəylik nümunəsi olmaqla yanaşı, həm də qələbədən sonrakı proseslərə bizim töhfəmiz olar. Belə bir şərəfli işin həyata keçirilməsi üçün təşəbbüsümüzü nəzərə almağınızı Sizdən xahiş edirik", deyə bu günkü müraciətdə deyilir. 

İmzaları bəlli şəxslərin bu müraciətinə "Təzadlar"ın baş redaktoru Asif Mərzili belə münasibət bildirdi:

-Mən müraciət müəlliflərinin imzalarına baxdım. Onların bir qismi bilir ki, həmin binadan onlara mənzil veriləsi deyil, hakimiyyət üçün arzuolunmaz şəxslərdir. Qalanları isə media rəhbəri kimi, onların özləri və işçiləri jurnalistlər üçün tikilmiş əvvəlki iki binadan artıqlaması ilə, hətta deyərdim ki, layiq olmadıqları sayda mənzil alıblar. Məsələn, aralarında elələri də var ki, Prezidentin göstərişi ilə fərdi qaydada mənzil alıblar... 3-cü binaya gəlincə, bu bina da Prezidentin Sərəncamı ilə jurnalistlər üçün tikilib və bu müraciət Prezidentin həmin sərəncamını gözdən salmağa hesablanıb. Məgər qazilər və şəhid ailələri üçün mənzil tikilmir ki? Ona qalsa, Bakıda MTK-lar var ki, Bakının olan-qalan torpaq ərazilərini zəbt edib minlərlə çoxmənzilli binalar tikiblər. Gecələr Bakı küçələrinə çıxanda onların 60-70, bəzilərinin 99 faizində işıqlar yanmır, ölü kapital kimi göz dağıdır. Olmasın 200-250 mənzil. Jurnalistlər arasında şəxsən tanıdıqlarım var ki, uzun illərdir əli Əli Həsənova və Vüqar Səfərliyə çatmadığından peşə xidmətlərinə görə mənzil ala bilməyib, kirayələrdə yaşayır. Bəli, indi adı çəkilən bina Prezidentin jurnalistlərə hədiyyəsidir. Kimsə bu hədiyyənin ünvanına çatdırılmasını istəmirsə, deməli, onların məqsədi Prezidentin bu humanist addımını gözdən salmağa hesablanıb. Bu niyyət xoş ola bilməz! Prezident indi 3 il əvvəl verdiyi vədini dəyişməlidir? Nədir, Prezident İlham Əliyev mənzilə ehtiyacı olmayan, yaxud əvvəlki binalardan artıqlaması ilə mənzil alanların müraciəti ilə Sərəncamını dəyişəcəkdir? Bu, əksinə, lurnalistlərlə qazilər və ya şəhid ailələri arasına süni narazılıq salmağa hesablanıb. O binada yüzlərlə jurnalistin gözü var, heç inanmıram ki, qazilər və ya şəhid ailələri də belə bir binadan mənzil istəyər... Tam əminliklə deyə bilərəm ki, bu niyyət baş tutası deyil, təxribat xarakterlidir. Siz müraciət müəlliflərinin siyahısına baxın, nəticə çıxarmağa bəs edəcək!".

*** 

Xatırladırıq ki, bu günkü təxribat xarakterli müraciəti aşağıdakılar imzalayıb:

1. Mirşahin Ağayev – REAL TV-nin rəhbəri

2. Qulu Məhərrəmli – BDU-nun professoru

3. Cahangir Məmmədli – BDU-nun professoru

4. Emin Musəvi – ASAN Radionun rəhbəri

5. Vüsalə Abışova - “Azəri-Press” informasiya agentliyinin rəhbəri

6. Arif Əliyev – Yeni Nəsil Jurnalistlər Birliyinin sədri

7. Umud Mirzəyev – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri

8. Yeganə Hacıyeva – bloger

9. Ədalət Verdiyev – bloger

10. Əflatun Amaşov – Mətbuat Şurasının sədri

11. Elbrus Ərud – Qafqazinfo.az saytının rəhbəri

12. Şakir Eminbəyli - “Rossiya-24” telekanalının Azərbaycandakı nümayəndəsi

13. Rüstəm Əliyev – ANTENN Radionun rəhbəri

14. Həmid Həmidov - “Global Media Group”un media direktoru

15. Vüsal Məmmədov – Azvision.az saytının rəhbəri

16. Hikmət Babaoğlu – “Yeni Azərbaycan” qəzetinin baş redaktoru

17. Şakir Ağayev - “Novoye vremya” qəzetinin baş redaktoru

18. Elçin Mirzəbəyli – “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru

19. Elçin Alıoğlu - “Milli.az” saytının baş redaktoru

20. Aslan Aslanov – AZƏRTAC-ın İdarə Heyətinin sədri

21. Azər Xəlilov – ATV-nin rəhbəri

22. Bəxtiyar Sadıqov – “Azərbaycan” qəzetinin baş redaktoru

23. Vüqar Xəlilov – CBC TV-nin rəhbəri

24. Radik İsmayılov – ARB24 TV-nin rəhbəri

25. Vüqar Rəhimzadə - “İki sahil” qəzetinin baş redaktoru

26. Bəhruz Quliyev – “Səs” qəzetinin baş redaktoru

27. Hümmət Musayev – “Respublika” qəzetinin baş redaktoru

28. Fatma Səttarova - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri

29. Mirhəsən Həsənov – Çernobıl Əlilləri İttifaqının sədri

30. Mehdi Mehdiyev - Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri

31. Füzuli Rzaquliyev- “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri

32. Məhəmməd Vəliyev - Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri

33. Məmmədhüseyn Sarıyev - Ehtiyatda Olan Zabitlər Konfederasiyası İctimai Birliyinin sədri

34. Xədicə Babayeva - “Müharibədən Zərər Çəkən Nəqliyyat İşçiləri” İctimai Birliyinin sədri

35. Maral Zamanova - “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyinin sədri

36. Məmmədhəsən Həsənov - “Mina Qurbanlarının Sosial İqtisadi Problemlərinin Həllinə Kömək” İB-nın sədri

37. Alman Abbasov – “Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri

38. Sərraf Orucov - "Beynəlmiləlçi Əlil Döyuşçülər" İctimai Birliyinin sədri.

Təqdim etdi: A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN