"Neftçi" HİK-ə uduzub və Konfrans Liqasına endi

Xəbər verdiyimiz kimi, avqustun 12-də Azərbaycan çempionu “Neftçi” Avropa Liqasında növbəti matçını keçirib.

Belə ki, Bakı klubu III təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Bakıda rəqibi ilə məhsuldar heç-heçə edən (2:2) “ağ-qaralar” səfər matçının ilk yarısında rəqiblə bərabər mübarizə aparıb.

Qarşılıqlı hücumlarla keçən görüşdə hesab ikinci hissənin əvvəlində açılıb. Meydan sahibləri fasilədən dərhal sonra “Neftçi”nin qapısına yol tapıb. Az keçməmiş şimallılar penalti ilə fərqi iki topa çatdırıb.

Oyunda donuş yarada bilməyən “Neftçi” daha bir qol buraxaraq səfərdə böyük hesabla məğlub olub. Bununla da təmsilçimiz Avropa Liqası ilə vidalaşıb. Bakılılar yoluna qitənin üçüncü dərəcəli klub turniri olan Konfrans Liqasında davam edəcək.

Onu da qeyd edək ki, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Finlandiyada yaşayan azərbaycanlılar “HİK” – “Neftçi” futbol klublarının dünənki görüşünü izləyiblər.

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində Helsinki şəhərinin “Bolt Arena” stadionunda keçirilən oyun zamanı həmvətənlərimiz üçrəngli bayraqlarımızı dalğalandırıb, "Azərbaycan", "Neftçi" və sair şüarları səsləndiriblər.

Görüşdən sonra milli komandanın azarkeşləri mübarizəni UEFA Konfrans Liqasının “play-off” mərhələsində davam etdirəcək “Neftçi”yə müvəffəqiyyətlər arzulayıblar.  

ELBAR

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN