Futbol üzrə 16-cı Avropa çempionatının final mərhələsi start götürüb.

Qitənin 11 şəhəri, o cümlədən Bakıda keçirilən AVRO-2020-nin ilk günündə bir oyun baş tutub. Çempionatın açılış matçı İtaliyanın paytaxtı Romadakı Olimpiya Stadionunda keçirilib. A qrupunda baş tutan ilk oyunda qardaş Türkiyə yığması İtaliya ilə görüşüb. Qarşılaşmaya daha fəal başlayan Roberto Mançininin yetirmələri ilk 45 dəqiqədə üstünlüyə malik olub. Lakin etibarlı müdafiə olunan “ay-ulduzlular” fasiləyədək hesabın açılmasına imkan verməyib, hətta əks-hücumda rəqibi narahat edə bilib.
Fasilədən sonra qarşılaşmanın ssenarisi dəyişməyib. Üstünlüyə malik italiyalılar ardıcıl hücumlar təşkil edib. Bu, hissənin əvvəlində bəhrəsini verib. Domeniko Berardinin cinahdan ötürməsi Merih Demirala çarparaq qapıdan keçib. Avtoqol hesabına önə keçən İtaliya az keçmədən üstünlüyünü iki topa çatdırıb. Çiro İmmobile “ay-ulduzlular”ı məyus edib. Oyunda donuş yaratmaq istəyini reallaşdırmaqda çətinlik çəkən Şenol Günəşin yetirmələri matçın sonlarında daha bir top buraxıb. Lorenso İnsinye fərqi üç topa çatdırıb.
AVRO-2020-nin final mərhələsi
I tur, A qrupu
11 iyun
23:00. Türkiyə - İtaliya – 0:3
Qollar: Demiral, 52 (avtoqol), İmmobile, 66, İnsinye, 78
Baş hakim: Danni Makkeli (Niderland)
Roma. Olimpiya stadionu
Qeyd edək ki, A qrupunda ilk turun digər matçı sabah Bakıda keçiriləcək. Uelslə İsveçrə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN