İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin döyüşləri keçirilib.

 "TEZADLAR.AZ" xəbər verir ki, 41 ölkənin qatıldığı yarışın beşinci günündə Azərbaycan millisinin 3 üzvü yarımfinal uğrunda mübarizə aparıb.

İlk görüşdə Uça Jorjolianiyə (Gürcüstan), ardınca Maqomed Şamsayevə (Rusiya) qalib gələn Ruslan Rüstəmov 1/4 finalda David Gevorqyanla (Almaniya) üz-üzə gəlib. 64 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz gərgin keçən döyüşdə erməni əsilli rəqibini 3:2 (29:27, 28*:28, 27:29, 26:30, 29:27) hesabı ilə məğlub edib. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.

Rüstəmov finala vəsiqə üçün israilli Ahmad Ştivi ilə qarşılaşacaq. Görüş iyunun 22-də olacaq.

Ruslandan fərqli, Maqsud Xasmetov (56 kq) rusiyalı Aleksey Kiselyevə 2:3 (29:28, 28:29, 27:30, 27:30, 29:28), Mirəşrəf Kazımzadə (75 kq) ukraynalı Boqdan Tolmaçova 1:4 (30:27, 27:30, 27:30, 28:29, 27:30) hesabı ilə məğlub olaraq, medalın bir addımlığında büdrəyib.

Qeyd edək ki, yarışda final görüşləri iyunun 24-də olacaq. 320 min mükafat fondu olan çempionatın qalibi 8 min, gümüş medalçısı 4 min, 3-cü yerin sahiblərinin hərəsi 2 min dollar qazanacaq.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN