Aprelin 15-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir görüşü keçirilib.

Çempionatın lideri "Qarabağ" klubu "Şamaxı" klubunu qəbul edib. "Azersun Arena"da keçirilən qarşılaşma Ağdam təmsilçisinin 8:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, nəticə cari mövsümün Premyer Liqada ən böyük hesablı qalibiyyəti olub.

Meydan sahibləri görüşə erkən qolla başlayıblar. İbrahima Vadji 8-ci dəqiqədə adını tabloya yazdırıb. Seneqallı hücumçu cəmi 8 dəqiqə sonra dubl edib - 2:0. Ardınca Filip Ozobiç fərqlənib. Matçın 20-ci və 21-ci dəqiqələrində xorvatiyalı yarımmüdafiəçi fərqi artırıb - 4:0. F.Ozobiç qollarının sayını 10-a çatdırıraq bombardirlik yarışında "Zirə"nin gürcüstanlı hücumçusu Davit Volkova çatıb. Qarşılaşmanın 30-cu dəqiqəsində İ.Vadji het-trikini rəsmiləşdirib. Matçın 38-ci dəqiqəsində Marko Veşoviç 6-cı topu qonaqların qapısından keçirib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Kadi Borges Ağdam klubunun 7-ci qoluna imza atıb. Oyunda son nöqtəni isə Musa Qurbanlı qoyub. İkinci yarıda meydana daxil olan 20 yaşlı forvard 49-cu dəqiqədə yekun hesabı müəyyənləşdirib.

Oyundan əvvəl "Qarabağ" klubu kapitanı Maksim Medvedev mükafatlandırılıb. Ağdam klubunun heyətində 500-cü oyununu keçirən 33 yaşlı futbolçuya "Şamaxı" ilə matçından əvvəl hədiyyə verilib. “Qarabağ”ın baş meneceri Asif Əsgərov təcrübəli müdafiəçiyə üzərində 500 rəqəmi yazılmış forma təqdim edib.

Bu qələbədən sonra xallarını 55-ə çatdıran "Qarabağ" turnir cədvəlində liderliyini möhkəmləndirib. İyirmi xalı olan "Şamaxı" isə 6-cı sırada qərarlaşıb.

Qeyd edək ki, günün ilk oyununda "Qəbələ" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib. Tura aprelin 16-da keçiriləcək "Zirə" - "Səbail" və "Neftçi" - "Sabah" matçları ilə yekun vurulacaq.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN