İran hökuməti Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına gedən azarkeşlərdən viza üçün pul almayacaq.

Bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Bahadur Çəhromi məlumat verib.

Trt-nin məlumatına görə, o, bildirib ki, İranın turizm potensialını təbliğ etmək, eləcə də ölkəyə xarici turistləri cəlb etmək məqsədilə bu addım atılıb. Onun sözlərinə görə, İran üzərindən futbol üzrə dünya çempionatını izləmək üçün Qətərə gedən azarkeşlərdən viza pulu alınmayacaq. Eyni zamanda, çempionat zamanı İranın Fars körfəzi sahilindəki limanlarından Qətərə gəmi reysləri təşkil olunacaq. Azarkeşlər sərnişin gəmiləri ilə Qətərin paytaxtı Dohaya çatdırılacaq.

  Bundan başqa, İran hökuməti çempionatı başa vuran komandaları ölkəyə dəvət edərək turizm məkanlarını gəzdirmək istəyində olduğunu da bildirib.

  Qeyd edək ki, futbol üzrə dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə səkkiz stadionda keçiriləcək. Futbol üzrə dünya çempionatı ilk dəfə qış aylarında keçirilir ki, bu da Qətərdə havanın həddən artıq isti olması ilə əlaqədardır. Yay aylarında burada havanın temperaturu +45 dərəcəyə kimi yüksəlir.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN