AVRO-2020-nin 1/4 final mərhələsinin ilk cütü müəyyənləşib...
"Təzadlar" bildirir ki, buna 1/8 finalın Niderland – Çexiya matçından sonra aydınlıq gəlib. 2:0 hesabı ilə qalib gələn Çexiya adını 1/4 finala yazdırıb. Onlar iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək matçda Danimarka ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 20:00-da başlayacaq. Qeyd edək ki, Danimarka iyunun27-də Uelsə 4:0 hesabı ilə qalib gəlib.