İyunun 2-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanının 1-ci mərhələsi həyata keçirilib. Bəs builki tədris ilində hansı qruplar üzrə rəqabətlilik artacaq?

TEZADLAR.AZ xəbər verir ki, təhsil mütəxəssisi Elçin (Əfəndi) Əfəndiyev KİV-ə açıqlamasında diqqətə çatdırıb ki, I və IV ixtisas qruplarında rəqabət artacaq:

 “Müşahidələrimizə əsasən deyə bilərəm ki, ən çox yüksək nəticə göstərən qruplar məhz I və IV ixtisas qrupları olacaq. Bu səbəbdən də bu  ixtisas qruplarında rəqabətlilik çox olacaq.

I qrupda daha çox plan yeri var, həmçinin ən çox müraciət sayı bu qrupdadır. IV  ixtisas qrupuna gəldikdə isə, bu il rekord göstəricisi qeydə alınıb.Təxminən 6 minə yaxın abituriyent elektron ərizə qəbulunda iştirak ediblər. Bu son illərin IV ixtisas qrupu üzrə müraciət sayında ən yüksək göstəricidir. Bu da öz növbəsində gərginliyin olacağı anlamı verir”, -deyə mütəxəssis izah edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN