“BMT-Nİ GÜCLƏNDİRMƏK LAZIMDIR – BAŞQA ALTERNATİVİMİZ YOXDUR” -  TOKAYEV

“BMT-Nİ GÜCLƏNDİRMƏK LAZIMDIR – BAŞQA ALTERNATİVİMİZ YOXDUR” - TOKAYEV

 “Birləşmiş Millətlər Təşkilatına gəldikdə, mən qəti şəkildə əminəm ki, onu gücləndirmək lazımdır, çünki o əvəzolunmazdır.

PREZİDENT İLHAM ƏLİYEV FÜZULİNİN AZAD OLUNMASI İLƏ BAĞLI PAYLAŞIM EDİB

PREZİDENT İLHAM ƏLİYEV FÜZULİNİN AZAD OLUNMASI İLƏ BAĞLI PAYLAŞIM EDİB

Prezident İlham Əliyev Füzulinin işğaldan azad edilməsi ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Fridrix Nitsşe:Zərdüşt belə dedi- Hamının və heç kimin kitabı-IV hissə

Fridrix Nitsşe:Zərdüşt belə dedi- Hamının və heç kimin kitabı-IV hissə

   Müharibə və döyüşçülər haqqında            Biz ən yaxşı düşmənlərimizdən, eləcə də ürəkdən sevdiklərimizdən mərhəmət istəmirik. Qoyun, sizə həqiq...

BU MƏHKƏMƏLƏRƏ SƏDR, SƏDR MÜAVİNLƏRİ VƏ HAKİMLƏR TƏYİN EDİLDİ - SİYAHI

BU MƏHKƏMƏLƏRƏ SƏDR, SƏDR MÜAVİNLƏRİ VƏ HAKİMLƏR TƏYİN EDİLDİ - SİYAHI

Prezident İlham Əliyev apellyasiya instansiyası məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələ...

"GÜRCÜSTANDA YAXŞI BİLİRLƏR Kİ..."- POLİTOLOQDAN MARAQLI AÇIQLAMA

"GÜRCÜSTANDA YAXŞI BİLİRLƏR Kİ..."- POLİTOLOQDAN MARAQLI AÇIQLAMA

"Cənubi Qafqazda super dövlətlərin savaşı gedir. Bu savaş Birləşmiş Ştatlarla Rusiyanın savaşıdır...".

HACIQABULDA 30 İLDƏ 7 BAŞÇI DƏYİŞİB, AMMA KANALİZASİYA PROBLEMİ DƏYİŞMƏYİB

HACIQABULDA 30 İLDƏ 7 BAŞÇI DƏYİŞİB, AMMA KANALİZASİYA PROBLEMİ DƏYİŞMƏYİB

…Ötən gün Hacıqabul rayonu ərazisinə yağan güclü yağış ciddi fəsadlar yaratmış oldu.

MÜDAFİƏ NAZİRİ MÜŞAVİRƏ KEÇİRDİ VƏ MÜHÜM GÖRTƏRİŞLƏR VERDİ

MÜDAFİƏ NAZİRİ MÜŞAVİRƏ KEÇİRDİ VƏ MÜHÜM GÖRTƏRİŞLƏR VERDİ

Oktyabrın 12-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib.

VAHİD ƏZİZ SUMQAYITLILARIN QONAĞI OLUB

VAHİD ƏZİZ SUMQAYITLILARIN QONAĞI OLUB

Mədəniyyət Nazirliyi Abşeron-Xızı və Şərgi Zəngəzur Regional Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə Xalq şairi, tərcüməçi Vahid Əzizin Sumqa...

YENİ TRENDLƏR MÜASİR MEDİADA TƏTBİQİNİ NECƏ TAPIR?

YENİ TRENDLƏR MÜASİR MEDİADA TƏTBİQİNİ NECƏ TAPIR?

Bu gün Bakı Biznes Mərkəzində “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans düzənləndi...

MEDİA

11-Okt-2024 By Asif Memmedov

YENİ T…

Bu gün Bakı Biznes Mərkəzində “Müasir mediada yeni

Detay

Qarabağ veteranı kimi mən və mənim kimi yüzlərlə jurnalistin mənzil haqqına girməyə, Etibar Əliyev, sənin və arxanda duranların gücü çatmaz, çünki bizim arxamızda həmişə jurnalistlərin dostu sayılan, jurnalistləri dördüncü yox, ikinci hakimiyyət sayan müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev dayanıb

2018-ci ilin parlament seçkilərində bloqer Mehman Hüseynov sabiq deputat Fərəc Quliyevi “baqaja” qoyması ilə, yəni sırf təsadüf nəticəsində Milli Məclisə düşən Etibar Əliyev, arxasında olan hansısa gücün sayəsində elə bir “kaşa” qarışdırıb ki, aləm bir-birinə dəyib. E.Əliyevin Milli Məclisə təsadüfi düşməsini, 3 il ərzində onun fəaliyyəti də sübut edir. Hələ indiyə qədər bir dəfə də olsun hər hansı bir qanun barədə çıxış etməyib, hansısa təşəbbüs irəli sürməyib, seçicilərinin heç bir problemi ilə maraqlanmayıb, seçiciləri ilə görüş keçirməsi barədə heç bir məlumat yayılmayıb. Bu, bir daha göstərir ki, E.Əliyev Milli Məclisdə tam təsadüfi adamdır.

Bəs onun qarışdırdığı “kaşa” nədir? Bu “kaşa” Şixovda jurnalistlər üçün tikilən 3-cü binanın şəhid ailələrinə və qazilərə verilməsi təklifidir. Sizi inandırım ki, Etibar Əliyevin ağlına ömründə belə bir təklif gəlməz. Sadəcə, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili demiş, hansısa iki məmurun Prezidentin sərəncamına qarşı çıxması və bunun da Etibar Əliyev vasitəsilə ictimaiyyətə çatdırılması düşünülmüş bir oyundur. Artıq bu oyun böyük bir start götürüb. Televiziya kanalları da küçədə insanlar arasında sorğu keçirərək, jurnalistlərin binasının şəhid ailələrinə və qazilərə verilməsini düzgün təşəbbüs sayırlar.

Əlbəttə, Etibar Əliyevin özünə məxsus olmayan bu təşəbbüsü sosial şəbəkələrdə geniş müzakirə olunur və deputata buna görə heç də xoş olmayan sözlər yazırlar. Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli isə E.Əliyevə çox yerində samballı, mədəni cavab verib. Onun bu cavabı E.Əliyevi tamam özündən çıxarıb. M.Ələsgərli haqlı olaraq deyir: “Deputat olduğu dönəmdə medianın inkişafına yönəlik bir təklifi belə yoxdur. Necə olur ki, medianın qayğısına qalmayan, bu sahə üzrə bir təklif belə verə bilməyən birisi bu cür fikirlər irəli sürür. Çıxışımda o məsələni də önə çəkmişəm ki, Azərbaycan jurnalistləri cəbhə bölgəsində oldular, şəhidlərimiz oldu, öz fəaliyyətlərini yaxşı da yerinə yetirdilər. İndi Etibar Əliyev desin ki, 44 günlük müharibə dövründə harada idi? Ortalıqda belə görünmədi. Döyüş bölgəsində olmayan birisi nə anlaya bilər ki, şəhid ailəsi nədir, jurnalistlər nələr çəkiblər? Onun deputat olduğu ərazidə şəhid ailələri var. Onlarla nə zaman görüşüb, qayğılarına qalıb? Çoxlu sayda suallar göndərdim. Heç birinə cavab vermədi. Əksinə, şəxsiyyətimizə yönəlik fikirlər bildirməyə başladı. Biz onun şəxsiyyətini müzakirəyə çıxarmadıq, fəaliyyətini müzakirə edirdik”.

Etibar Əliyev isə peşmançılıq hissi keçirib dediklərinə görə üzr istəmək əvəzinə, belə münasibət bildirib: “Mən əslində demişdim ki, jurnalist kriteriyalarını ortaya qoymaqla ən qabiliyyətli jurnalistlərlə yanaşı, mənzillərin bir hissəsi şəhid və qazi ailələrinə verilsin. Məslənin kökündə bu dururdu. Sonradan mənə məlum olan birinci və ikinci jurnalistlər binasından katibələrə, sürücülərə, iki evi olanlara da evlərin verilməsindən çıxış edərək bu təklifi irəli sürdüm”.

Etibar Əliyev, jurnalistlərin binasından niyə katibələrə, sürücülərə ev verilməsinin səbəbini, elə bunlara görə hazırda həbsdə olan KİVDF-nin sabiq icraçı direktoru Vüqar  Səfərovdan soruşmaq daha yaxşı olardı. V.Səfərli çox uzaqda deyil. Bir deputat kimi get yanına, görüş al və istədiyin sualı da ver ki, görək o katibələr, sürücülər kimlərdir? İndi V.Səfərli bir səhv edib deyə, onun günahını biz jurnalistlər çəkməliyik? Sən heç bilirsənmi ki, jurnalistlər hansı şəraitdə yazıb, yaradır və hansı şəraitdə yaşayır?

Etibar Əliyev, şəxsən mən 1983-cü ildən “Azərbaycan gəncləri” qəzeti ilə ştatdankənar müxbir kimi jurnalistika fəaliyyətinə başlamışam. Azərbaycanın müstəqilliyinin ilk illərində müxtəlif müstəqil qəzetlərdə çıxış etmişəm və hazırda müstəqil jurnalist kimi bir çox qəzet və saytlarla yanaşı, 26 ildir “Təzadlar” qəzeti ilə də sıx əməkdaşlıq edirəm. 38 ildir mətbuatdayam. 4 nəfərlik ailə üzvümlə ”xuruşovka”lı binada iki otaqlı 28 kvm.lik otaqda yaşayıram. Özüm 1-ci Qarabağ döyüşünün iştirakçısıyam. Oğlum isə 2-ci Qarabağ döyüşünün iştirakçısıdır və Prezident sərəncamı ilə iki medalla təltif olunub. 1,5 illik xidmətini də 2 il çəkərək iyulun 1-dən, nəhayət, evə dönüb. Döyüş zamanı yanlarına düşən erməni mərmisinin partlaması nəticəsində əsgər yoldaşlarının 5 nəfəri şəhid olub, 10 nəfəri yaralanıb. Mərminin dalğası oğlum Turalı daşa çırpdığından burun çəpəri sınıb, çənəsi yerindən çıxıb. Burnunun qanının axmasına və erməni mərmilərinin dalbadal atılmasına baxmayaraq, ən ağır vəziyyətdə olan yaralı əsgər yoldaşını atəş altından çıxararaq 500 metr çiynində aparıb lazımi yerə təhvil verib. Burnuna görə hospitala da müraciət etməyi özünə sığışdırmayıb. İndi isə onun burun çəpərinin əməliyyatı və Kəlbəcər-Murov istiqamətində sığınacaqlarının ermənilər tərəfindən dağıdılması nəticəsində, nazik paltarla iki gün çöldə qaldıqlarından böyrəyində yaranan problemləri və müharibənin yaratdığı digər fəsadlarının aradan qaldırıması ilə məşğuluq.

Etibar Əliyev, bir evdən iki nəfər - ata və oğul Qarabağ döyüşlərində iştirak edib, sizin ailədən necə, bu vətən üçün döyüşən varmı? İndi mən bir Qarabağ veteranı və 38 ilin jurnalisti, döyüşçü atası kimi jurnalistlərin binasından ev almağa mənəvi haqqım yoxdur? İki otaqlı, cəmi 28 kvm olan mənzildə, böyük bacı və qardaş olmaqla 4 nəfərlik ailənin yaşamasını sən qəbul edərsənmi, Etibar Əliyev? İki Qarabağ veteranının bir normal, geniş mənzildə yaşamağa hüququ çatmırmı? Axı bu hüququ biz jurnalistlərə Prezident cənab İlham Əliyev verib. Bəs sən niyə bu hüququ tanımaq istəmirsən? Hansı qüvvənin oyununa düşmüsən ki, çıxa bilmirsən? Bu, təkcə yuxarıda qeyd etdiyim kimi, sənin şəxsi təşəbbüsün deyil. Sənin arxanda duran həmin qüvvə və ya məmur artıq televiziyaları da öz təbliğatına qoşub. Axı niyə unudursan ki, bu evi jurnalistlərə Prezident cənab İlham Əliyevin sərəncamı ilə verirlər. Sən o təşəbbüslə çıxış edəndə, niyə  fikirləşmədin ki, bununla Prezidentin əleyhinə gedirsən?

Şəhid ailələrinə və qazilərə də Prezident sərəncamı ilə ev və maşın verirlər. Bu kateqoriyadan olan insanlar daim Prezidentin və dövlətin diqqət mərkəzindədir. Elə bu günlərdə Xocəsəndə şəhid ailələrinə və qazilərə 310 mənzil paylandı. Daha 600 mənzil elə həmin yerdə inşa edilməkdədir. Şəhərimizin digər yerlərində də şəhid ailələri və qazilər üçün evlər tikilir. Bundan əlavə, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyəti və ordumuzun rəşadəti sayəsində işğaldan azad edilən rayonlarımızda bərpa işləri başa çatandan sonra yüzlərlə, bəlkə də minlərlə məcburi köçkün soydaşlarımız öz yurdlarına qayıdacaqlar. Onlara dövlət tərəfindən tikilib verilmiş mənzillər isə yenə Prezident cənab İlham Əliyevin sərəncamı ilə şəhid ailələrinə, qazilərə və Qarabağ veteranlarına və ya evi olmayan hərbçilərə verilə bilər. Çünki bu insanlar heç vaxt dövlətin diqqətindən kənarda qalmayıblar. İndi Etibar Əliyev, sən Prezidentdən çox bilirsən? Yoxsa gec gəlib, qanunların içinə tez girmək istəyirsən? Onlarla, yüzlərlə jurnalistlər var ki, daxmalarda, kirayələrdə yaşayırlar. Ev gözləyə-gözləyə dünyasını dəyişən jurnalistlərimiz var. Onların ahı səni tutar, Etibar Əliyev.

Mən Birinci Qarabağ döyüşünün iştirakçısı kimi haqqım var deyim ki, şəhid ailələrinə və qazilərə o mənzillər lazım deyil. O insanlar başqalarının bədbəxtliyi üzərində xoşbəxtlik qurmağı heç vaxt qəbul etməzlər. Papağını qabağına qoy, yaxşı-yaxşı fikirləş. Təklif verəndə eləsini ver ki, bir ucu qayıdıb özünə dəyməsin. Bu zərbənin altından çıxa bilməzsən. Qarabag veteranı kimi mən və mənim kimi yüzlərlə jurnalistin mənzil haqqına girməyə Etibar Əliyev sənin və arxanda duranların gücü çatmaz, çünki bizim arxamızda, həmişə jurnalistlərin dostu sayılan, jurnalistləri dördüncü yox, ikinci hakimiyyət sayan müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev dayanıb. Ona görə də tam qətiyyətlə inanırıq ki, jurnalistlər üçün tikilən üçüncü bina da elə jurnalistlərə veriləcək.

Elçin MƏMMƏDLİ, 

I Qarabağ döyüşünün iştirakçısı     

Pin It

CƏMİYYƏT

14-Okt-2024 By Elbar Şirinov

BU MƏHKƏMƏLƏRƏ SƏDR, SƏDR MÜAVİNLƏRİ…

Prezident İlham Əliyev apellyasiya instansiyası mə

12-Okt-2024 By Yasemen Memmedov

MÜDAFİƏ NAZİRİ MÜŞAVİRƏ KEÇİRDİ VƏ…

Oktyabrın 12-də müdafiə naziri general-polkovnik Z

12-Okt-2024 By Elbar Şirinov

VAHİD ƏZİZ SUMQAYITLILARIN QONAĞI OLUB

Mədəniyyət Nazirliyi Abşeron-Xızı və Şərgi Zəngəzu

SİYASƏT

17-Okt-2024 By Yasemen Memmedov

“BMT-Nİ GÜCLƏNDİRMƏK LAZIMDIR – BAŞQA…

 “Birləşmiş Millətlər Təşkilatına gəldikdə, mən qə

17-Okt-2024 By Elbar Şirinov

PREZİDENT İLHAM ƏLİYEV FÜZULİNİN AZAD…

Prezident İlham Əliyev Füzulinin işğaldan azad edi

11-Okt-2024 By Elbar Şirinov

RUSİYA PREZİDENTİ KAZANDA ƏRDOĞANLA GÖRÜŞÜ…

Rusiya prezidenti Vladimir Putin Aşqabadda Türkiyə

11-Okt-2024 By Elbar Şirinov

PUTİN İRANIN YENİ PREZİDENTİ…

Rusiya prezidenti Vladimir Putin iyulda seçilən İr

10-Okt-2024 By Yasemen Memmedov

TÜRKÜSTAN – “TÜRKLƏRİN VƏTƏNİ” YENİDƏN…

Türkiyə Təhsil Nazirliyi təhsil proqramında mühüm

MƏDƏNİYYƏT

15-Okt-2024 By Elbar Şirinov

MƏDƏNİYYƏT NAZİRLİYİNDƏ XARİCİ SİRK…

Macarıstan, Rusiya və Belarusun məşhur sirklərinin

15-Okt-2024 By Elbar Şirinov

MƏMMƏD ARAZ YARADICILIĞININ POETİK XÜSUSİYYƏTLƏRİ

Sözə qiymət vermək, onu misra daxilində yerində və

11-Okt-2024 By Yasemen Memmedov

TÜRKİYƏNİN MƏŞHUR "BAHAR" SERİALINDA ŞUŞAMIZIN…

Türkiyənin Show TV kanalında yayımlanan məşhur "Ba

11-Okt-2024 By Yasemen Memmedov

ŞİZOFREN KİMİ TİBBİ QEYDİYYATDA OLAN…

Aparıcı Elgiz Əkbər açıqlaması ilə beyinlərdə sual

11-Okt-2024 By Asif Memmedov

BU DƏFƏ NAZİLƏ RAHİBQIZI KİTABINI…

  Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon

11-Okt-2024 By Elbar Şirinov

MƏDƏNİYYƏT NAZİRLİYİNDƏ "EURONEWS"UN NÜMAYƏNDƏ HEYƏTİ…

Mədəniyyət Nazirliyində “Euronews” kanalının inves

KRİMİNAL

17-Okt-2024 By Elbar Şirinov

OĞUZDA NARKOTİK VASİTƏLƏRİN SATIŞI İLƏ…

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata k

15-Okt-2024 By Elbar Şirinov

ÖTƏN GÜN 8,7 KİLOQRAMDAN ÇOX…

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbir

14-Okt-2024 By Elbar Şirinov

12,4 KİLOQRAMA YAXIN NARKOTİK VASİTƏ…

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbir

TEXNOLOGİYA

16-Iyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-Iy-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

17-Okt-2024 By Elbar Şirinov

HAKERLƏR UKRAYNA MÜDAFİƏ NAZİRLİYİNİN ÇAT…

Naməlum şəxslər Ukrayna Müdafiə Nazirliyinin “Ehti

17-Okt-2024 By Elbar Şirinov

BELQOROD VİLAYƏTİNƏ GÜN ƏRZİNDƏ USQ-DƏN…

Son 24 saat ərzində Ukrayna hərbçiləri Belqorod vi

17-Okt-2024 By Elbar Şirinov

2 AVTOMAT, 2 QUMBARAATAN, 6…

Oktyabrın 16-da polis əməkdaşları paytaxt və respu

17-Okt-2024 By Elbar Şirinov

DİN: ÖTƏN GÜN CİNAYƏT TÖRƏTMƏKDƏ…

Oktyabrın 16-da ölkə ərazisində qeydə alınan 35, ə

17-Okt-2024 By Elbar Şirinov

MİKROAVTOBUS AŞIB: 15 NƏFƏR XƏSARƏT…

Rusiyanın Trans-Baykal diyarında mikroavtobusun Şi

17-Okt-2024 By Elbar Şirinov

TƏLİMLƏRİ BAŞA VURAN 8 F-16…

Arizonada F-16 qırıcıları ilə bağlı təlimləri başa

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

12-Okt-2024 By Elbar Şirinov

HƏKİM ƏN TƏHLÜKƏLİ SPİRTLİ İÇKİLƏRİN ADINI…

Virus infeksiyalarının qarşısının alınması və müal

Jurnalistler

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

17-Okt-2024 By Yasemen Memmedov

FÜZULİ…

 Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev

TƏHSİL

17-Okt-2024 By Yasemen Memmedov

MÜƏLLİ…

 Qızın atası iddia edir ki, buna səbəb qızını həmi