“BMT-Nİ GÜCLƏNDİRMƏK LAZIMDIR – BAŞQA ALTERNATİVİMİZ YOXDUR” -  TOKAYEV

“BMT-Nİ GÜCLƏNDİRMƏK LAZIMDIR – BAŞQA ALTERNATİVİMİZ YOXDUR” - TOKAYEV

 “Birləşmiş Millətlər Təşkilatına gəldikdə, mən qəti şəkildə əminəm ki, onu gücləndirmək lazımdır, çünki o əvəzolunmazdır.

PREZİDENT İLHAM ƏLİYEV FÜZULİNİN AZAD OLUNMASI İLƏ BAĞLI PAYLAŞIM EDİB

PREZİDENT İLHAM ƏLİYEV FÜZULİNİN AZAD OLUNMASI İLƏ BAĞLI PAYLAŞIM EDİB

Prezident İlham Əliyev Füzulinin işğaldan azad edilməsi ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Fridrix Nitsşe:Zərdüşt belə dedi- Hamının və heç kimin kitabı-IV hissə

Fridrix Nitsşe:Zərdüşt belə dedi- Hamının və heç kimin kitabı-IV hissə

   Müharibə və döyüşçülər haqqında            Biz ən yaxşı düşmənlərimizdən, eləcə də ürəkdən sevdiklərimizdən mərhəmət istəmirik. Qoyun, sizə həqiq...

BU MƏHKƏMƏLƏRƏ SƏDR, SƏDR MÜAVİNLƏRİ VƏ HAKİMLƏR TƏYİN EDİLDİ - SİYAHI

BU MƏHKƏMƏLƏRƏ SƏDR, SƏDR MÜAVİNLƏRİ VƏ HAKİMLƏR TƏYİN EDİLDİ - SİYAHI

Prezident İlham Əliyev apellyasiya instansiyası məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələ...

"GÜRCÜSTANDA YAXŞI BİLİRLƏR Kİ..."- POLİTOLOQDAN MARAQLI AÇIQLAMA

"GÜRCÜSTANDA YAXŞI BİLİRLƏR Kİ..."- POLİTOLOQDAN MARAQLI AÇIQLAMA

"Cənubi Qafqazda super dövlətlərin savaşı gedir. Bu savaş Birləşmiş Ştatlarla Rusiyanın savaşıdır...".

HACIQABULDA 30 İLDƏ 7 BAŞÇI DƏYİŞİB, AMMA KANALİZASİYA PROBLEMİ DƏYİŞMƏYİB

HACIQABULDA 30 İLDƏ 7 BAŞÇI DƏYİŞİB, AMMA KANALİZASİYA PROBLEMİ DƏYİŞMƏYİB

…Ötən gün Hacıqabul rayonu ərazisinə yağan güclü yağış ciddi fəsadlar yaratmış oldu.

MÜDAFİƏ NAZİRİ MÜŞAVİRƏ KEÇİRDİ VƏ MÜHÜM GÖRTƏRİŞLƏR VERDİ

MÜDAFİƏ NAZİRİ MÜŞAVİRƏ KEÇİRDİ VƏ MÜHÜM GÖRTƏRİŞLƏR VERDİ

Oktyabrın 12-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib.

VAHİD ƏZİZ SUMQAYITLILARIN QONAĞI OLUB

VAHİD ƏZİZ SUMQAYITLILARIN QONAĞI OLUB

Mədəniyyət Nazirliyi Abşeron-Xızı və Şərgi Zəngəzur Regional Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə Xalq şairi, tərcüməçi Vahid Əzizin Sumqa...

YENİ TRENDLƏR MÜASİR MEDİADA TƏTBİQİNİ NECƏ TAPIR?

YENİ TRENDLƏR MÜASİR MEDİADA TƏTBİQİNİ NECƏ TAPIR?

Bu gün Bakı Biznes Mərkəzində “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans düzənləndi...

MEDİA

11-Okt-2024 By Asif Memmedov

YENİ T…

Bu gün Bakı Biznes Mərkəzində “Müasir mediada yeni

Detay

Qazın, suyun qiymət artımına, Qarabağda ermənilərə xidmət edən Rusiyanın sülhməramlılarına, 30 il işğalçı ilə işğala məruz qalana fərq qoymayan Minsk Qrupunun ləğvinə qarşı bircə etiraz aksiyası keçirməyənlər hansı mənəvi haqla özlərinə “müxalifətçiyəm” - deyir?

Xalq artisti, milyonların sevimlisi, ecazkar səs sahibi Flora Kərimova, sanki arının yuvasına çöp uzadıb və müxalifət adlanan, özləri isə heç görünməyən kəslər bir-birinə dəyib. Paho, bilməmişik, sən demə, bizdə müxalifət də varmış. Elə Flora xanım bunu deyib ki, “daha müxalifətçiliyə yer qalmayıb”. Müxalifət partiyalarının sədrləri yaxalarını cırırlar ki, Flora Kərimova düz demir, biz olmuşuq, varıq və bundan sonra da olacağıq.

 Rusların bir məsəli var, deyir, “istəmək ziyanlı deyil, amma yaxşısı istəməməkdir”. İndi bəzi liderlərin yaxalarını cırmalarını başa düşə bilmirəm. Məgər Flora xanım düz demir, bəylər? Bizdə heç müxalifət varmı ki, müxalifətçiliyə də ehtiyac olsun? Dayanın, etiraz etməyə tələsməyin və məni də düşmən adlandırmayın. Gəlin, üzdə olub, müxalifət adlanan partiyaların, lidelərin fəaliyyətinə bir nəzər salaq.

Flora Kərimovanın fikirlərinə kəskin etiraz edənlərdən biri Müsavat Partiyasının sədri Arif Hacılıdır. İsa Qəmbərin rəhbərliyi dövründə partiyanın fəaliyyəti az-çox görünürdü. Özündən sonra partiyanı birdəfəlik məhv etmək üçün İsa bəy Arif Hacılının sədr seçilməsinə yardımçı oldu. Arif bəyin də, qardaşlarını başına yığıb, fəaliyyəti görünməyən  partiyaya rəhbərlik etməsini müxalifətçilik saymaq olarmı? Yoxsa, sosial şəbəkələrdə hər hansı mövzuya fikir bildirməyi Arif bəy müxalifətçilik sayır? Arif bəyin sədr kimi bir fəaliyyətini görmüsünüzsə, mənə də deyin.

ADP sədri Sərdar Cəlalaoğlu, VİP sədri Əli Əliyev, AG Partiyanın sədri Tural Abbaslı, Ümid Partiyasının sədri İqbal Ağazadə normal siyasətçi və partiya liderləridir. Sərdar bəyin savadlı bir elm adamı olması danılmaz faktdır. Özünün də bir siyasətçi kimi şəxsi nüfuzu yetərincədir. AG Partiyanın sədri Tural Abbaslı da gənc olmasına baxmayaraq, çox savadlı, dünyagörüşlü, yetkin bir siyasətçidir və buna da heç kəsin şübhəsi yoxdur.

Yuxarıda adını hörmətlə çəkdiyim liderlərin heç biri partiyada özündən başqa ikinci bir nüfuzlu adamın olmasını sanki istəmirlər. Özlərinin də sosial şəbəkələrdə olan hər bir çıxışı ilə razıyam və onlara çox maraqla qulaq asıram. Amma fakt ortadadır ki, bu partiyaların liderlərindən başqa, partiyalarının heç bir fəaliyyəti, ümumiyyətlə, gözə dəymir. Necə deyərlər, bir gül ilə bahar olmur.

Flora Kərimovanın “daha müxalifətçiliyə yer qalmayıb” fikirlərinə etiraz edən partiya liderləri, bu xalq son illərdə müxalifət partiyası kimi sizin hansı fəaliyyətinizi görüb? Suyun, qazın bahalaşmasına qarşı Tarif Şurasına etiraz olaraq, hər hansı mitinq, piket, yürüş keçirdinizmi? Əlbəttə, yox! Bəs niyə? Ona görə ki, partiyalarda liderlərin özlərindən başqa ortaya çıxası heç kimi yoxdur. Yaxşı, siz özünüzü müxalifət partiyası sayırsınızsa, niyə Qarabağda Rusiyanın sülhməramlılarının özbaşınalıqlarına etiraz olaraq, Bakıdakı Rusiya səfirliyi qarşısında 50-60 nəfərlik də olsa, bircə piket keçirmirsiniz? Niyə müxalifət partiyaları birləşib, bu sülhməramlılara qarşı kütləvi etiraz aksiyalarına çıxmırsınız? Axı onların fəaliyyətindən dövlət səviyyəsində belə hamı narazıdır. Bəlkə sizlərin kütləvi etirazı Prezident cənab İlham Əliyev üçün fürsət verəcək ki, sülhməramlıların çıxarılması üçün hərəkətə keçsin. Beynəlxalq səviyyəli danışıqlarda Prezident bildirər ki, xalq ermənilərə xidmət edən sülhməramlıların Qarabağdakı fəaliyyətinə etiraz edir?!

Hörmətli partiya liderləri, niyə bu fürsəti prezidentə vermək istəmirsiniz? Niyə 30 il yeyib-içib, turist kimi gəzməklə məşğul olan, işğalçı ilə işğala məruz qalana fərq qoymayan ATƏT-in Minsk Qrupunun buraxılması üçün etirazlara qalxmırsınız? Qoy, bu yolda polis icazəsiz aksiya olduğu üçün sizləri döysün, sürüsün, 10-15 günlüyə həbs etsin. Əvəzində, yenə Prezidentə daha bir fürsət vermiş olarsınız ki, Minsk Qrupunun üzvü olanları ölkəmizdən qovsun. Onsuz da Prezident İlham Əliyev Qarabağ işğaldan təzə azad edilən zaman Minsk Qrupu üzvlərini qəbul edib, “Mən sizi dəvət etməmişəm, özünüz gəlmək istəmirsiniz, buyurun, sizi eşidirəm” - deməklə onları biabır edib, yerdən-yerə vurdu. Bəs siz niyə müxalifət partiyaları olaraq, ümummilli məsələ olduğu üçün Prezidentə həmin anda dəstək olmaq məqsədilə Minsk Qrupunun ləğvi tələbi ilə davamlı, kütləvi aksiyalara başlamadınız? Elə bu fürsəti də Prezident özü sizlərə vermişdi. İndi neyləyək, Prezident sizlərə deməlidir ki, çıxın filan məsələyə görə etiraz bildirin? Bəs sizin funksiyanız nədir, Sərdar bəy, Tural bəy, İqbal bəy, Əli Əliyev, Arif bəy, Əli Kərimli və digər müxalifətçilər?

Müxalifətçilik Prezident İlham Əliyevin apardığı hər hansı daxili və xarici siyasətə “mız” qoymaq deyil, özünün ideya və təklifləri ilə çıxış etməkdir, hər hansı bir qiymət artımına etirazları ilə gündəmi dəyişməkdir. Yoxsa sosial şəbəkələrdə fərd olaraq hər hansı bir etirazın bildirilməsi müxalifətçilik deyil.

Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində Qarabağın demək olar 85 faizi işğaldan azad edildi. Azad edilən ərazilərin bərpası üçün hər hansı layihə, təklif, ideya təqdim etmisinizmi? Bəlkə partiyanın gücbəla ilə saxladığı ofisinin bir küncündə oturub, sosial şəbəkələrdə Prezidenti tənqid etməyi müxalifətçilik sayırsınız? Ona qalsa, Kəramət Böyükçöl də yaxşı yeyib, içəndən sonra Prezidenti tənqid edir. Belə çıxır ki, Kəramət də müxalifətçidir? Ən yaxşısı, siyasi şərhçi, politoloq kimi fəaliyyət göstərsəniz, indiki hörmət və nüfunuz birə beş artardı.

Adı olub, özü və fəaliyyəti görünməyən partiyaya liderlik etməyi özünüzə necə sığışdıra bilirsiniz? Gəlin bunun əksini mənə, illərlə sizin mitinqlərinizə böyük həvəslə və inamla gələn, 1992-ci ildə 2 yaşlı körpə uşağını qoyub, könüllü Qarabağ döyüşlərinə qatılan, oğlu ikinci Qarabağ savaşının iştirakçısı olub, iki medal alan bir ataya sübut edin. Sübut edin ki, siz müxalifətsiniz və müxalifətçiliyiniz sosial şəbəkələrdə yox, real həyatdadır. Yoxdur axı belə şey. Niyə özünüzü aldadıb, illüziyalara qapılırsınız? Axı Flora xanım da sizlərə məhz bunu deyir. Flora xanımın vaxtilə sizə olan ümid və inamlarını məhv edən sizlər deyildinizmi? İndi 200 il ərzində ilk dəfə itirdiyimiz torpaqları geri qaytaran Ali Baş Komandan, Prezident İlham Əliyev Flora xanımın ümid və inamlarını geri qaytarıbsa, bu, sizlərin düzgün siyasət apara bilməməyinizin nəticəsidir. Niyə böyük kimi Flora xanım deyən haqlı tənqidi eşidib, kirimişcə yerinizdə oturmursunuz? Əgər müxalifətsinizsə, onda bu meydan, bu da şeytan. Mövzuları da yuxarıda göstərdim. Buyurun, göstərin müxalifət olmağınızı. “Yarımştat” tamaşasında rəhmətlik Yaşar Nuriyev demiş, bunun üçün adamda DT-lazımdır, yəni Dövlət Təminatı. Bu təminatı da dövlət verir. Sizdə isə, nəinki DT, heç adicə təpər də yoxdur ki, 5-10 nəfəri bir yerə toplaya biləsiniz. Heç olmasa, düşdüyünüz bataqlığı çabalayıb bir az da dərinləşdirməyin və ayıbınıza kor olub, sakitcə yerinizdə oturun. Ara-sıra da sosial şəbəkələrdə və internet televiziyalarında çıxış edib, mövcud olduğunuzu göstərin. Doğrudan da gözəl danışırsınız və hər kəsin də fərd olaraq sizə simpatiyası var. Qazandığınız şəxsi nüfuzu müxalifətçilik adıyla gözdən salmayın.

Dahi sənətkarımız, əvəzolunmaz səs sahibi, 1990-cı il yanvarın 22-də, “Baksovet” metrostansiyasının yaxınlığında rus tankının qarşısından qaçmayan, məhz sizlərə görə 30 il efirlərə çıxmağa qadağası olan, bu illər ərzində olmazın müsibətlər çəkən Flora Kərimovaya minnətdar olun ki, sizi öz adınızla çağırıb. Flora xanımdan yaşatdığınız bu müsibətlərə görə üzr istəmək əvəzinə, çığır-bağır salırsınız, hələ bir üstünə də gedirsiniz. Ayıb deyil? Axı xalqın gözü tərəzidir və hər şey göz önündədir. 2003-cü ildən, yəni İlham Əliyev Prezident seçiləndən sonra, bizdə müxalifət və müxalifətçilik deyilən bir şey yoxdur və doğrudan da ona heç ehtiyac da görünmür. Başınızı aşağı salıb, öz işinizlə məşğul olun və heç olmasa, qazandığınız hörmət və nüfuza kölgə salmayın. Sizlər Flora xanıma nə irad bildirmək, nə də dəyər vermək gücündə deyilsiniz. Flora xanıma ən böyük dəyəri Prezident cənab İlham Əliyev “Şərəf” ordeni və “Prezidentin fərdi təqaüdü”nü təqdim etməklə verdi.

Flora xanımı bu münasibətlə “Təzadlar”ın kollektivi adından ürəkdən təbrik edirik.

Elçin MƏMMƏDLİ  

Pin It

CƏMİYYƏT

14-Okt-2024 By Elbar Şirinov

BU MƏHKƏMƏLƏRƏ SƏDR, SƏDR MÜAVİNLƏRİ…

Prezident İlham Əliyev apellyasiya instansiyası mə

12-Okt-2024 By Yasemen Memmedov

MÜDAFİƏ NAZİRİ MÜŞAVİRƏ KEÇİRDİ VƏ…

Oktyabrın 12-də müdafiə naziri general-polkovnik Z

12-Okt-2024 By Elbar Şirinov

VAHİD ƏZİZ SUMQAYITLILARIN QONAĞI OLUB

Mədəniyyət Nazirliyi Abşeron-Xızı və Şərgi Zəngəzu

SİYASƏT

17-Okt-2024 By Yasemen Memmedov

“BMT-Nİ GÜCLƏNDİRMƏK LAZIMDIR – BAŞQA…

 “Birləşmiş Millətlər Təşkilatına gəldikdə, mən qə

17-Okt-2024 By Elbar Şirinov

PREZİDENT İLHAM ƏLİYEV FÜZULİNİN AZAD…

Prezident İlham Əliyev Füzulinin işğaldan azad edi

11-Okt-2024 By Elbar Şirinov

RUSİYA PREZİDENTİ KAZANDA ƏRDOĞANLA GÖRÜŞÜ…

Rusiya prezidenti Vladimir Putin Aşqabadda Türkiyə

11-Okt-2024 By Elbar Şirinov

PUTİN İRANIN YENİ PREZİDENTİ…

Rusiya prezidenti Vladimir Putin iyulda seçilən İr

10-Okt-2024 By Yasemen Memmedov

TÜRKÜSTAN – “TÜRKLƏRİN VƏTƏNİ” YENİDƏN…

Türkiyə Təhsil Nazirliyi təhsil proqramında mühüm

MƏDƏNİYYƏT

15-Okt-2024 By Elbar Şirinov

MƏDƏNİYYƏT NAZİRLİYİNDƏ XARİCİ SİRK…

Macarıstan, Rusiya və Belarusun məşhur sirklərinin

15-Okt-2024 By Elbar Şirinov

MƏMMƏD ARAZ YARADICILIĞININ POETİK XÜSUSİYYƏTLƏRİ

Sözə qiymət vermək, onu misra daxilində yerində və

11-Okt-2024 By Yasemen Memmedov

TÜRKİYƏNİN MƏŞHUR "BAHAR" SERİALINDA ŞUŞAMIZIN…

Türkiyənin Show TV kanalında yayımlanan məşhur "Ba

11-Okt-2024 By Yasemen Memmedov

ŞİZOFREN KİMİ TİBBİ QEYDİYYATDA OLAN…

Aparıcı Elgiz Əkbər açıqlaması ilə beyinlərdə sual

11-Okt-2024 By Asif Memmedov

BU DƏFƏ NAZİLƏ RAHİBQIZI KİTABINI…

  Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon

11-Okt-2024 By Elbar Şirinov

MƏDƏNİYYƏT NAZİRLİYİNDƏ "EURONEWS"UN NÜMAYƏNDƏ HEYƏTİ…

Mədəniyyət Nazirliyində “Euronews” kanalının inves

KRİMİNAL

17-Okt-2024 By Elbar Şirinov

OĞUZDA NARKOTİK VASİTƏLƏRİN SATIŞI İLƏ…

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata k

15-Okt-2024 By Elbar Şirinov

ÖTƏN GÜN 8,7 KİLOQRAMDAN ÇOX…

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbir

14-Okt-2024 By Elbar Şirinov

12,4 KİLOQRAMA YAXIN NARKOTİK VASİTƏ…

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbir

TEXNOLOGİYA

16-Iyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-Iy-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

17-Okt-2024 By Elbar Şirinov

HAKERLƏR UKRAYNA MÜDAFİƏ NAZİRLİYİNİN ÇAT…

Naməlum şəxslər Ukrayna Müdafiə Nazirliyinin “Ehti

17-Okt-2024 By Elbar Şirinov

BELQOROD VİLAYƏTİNƏ GÜN ƏRZİNDƏ USQ-DƏN…

Son 24 saat ərzində Ukrayna hərbçiləri Belqorod vi

17-Okt-2024 By Elbar Şirinov

2 AVTOMAT, 2 QUMBARAATAN, 6…

Oktyabrın 16-da polis əməkdaşları paytaxt və respu

17-Okt-2024 By Elbar Şirinov

DİN: ÖTƏN GÜN CİNAYƏT TÖRƏTMƏKDƏ…

Oktyabrın 16-da ölkə ərazisində qeydə alınan 35, ə

17-Okt-2024 By Elbar Şirinov

MİKROAVTOBUS AŞIB: 15 NƏFƏR XƏSARƏT…

Rusiyanın Trans-Baykal diyarında mikroavtobusun Şi

17-Okt-2024 By Elbar Şirinov

TƏLİMLƏRİ BAŞA VURAN 8 F-16…

Arizonada F-16 qırıcıları ilə bağlı təlimləri başa

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

12-Okt-2024 By Elbar Şirinov

HƏKİM ƏN TƏHLÜKƏLİ SPİRTLİ İÇKİLƏRİN ADINI…

Virus infeksiyalarının qarşısının alınması və müal

Jurnalistler

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

17-Okt-2024 By Yasemen Memmedov

FÜZULİ…

 Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev

TƏHSİL

17-Okt-2024 By Yasemen Memmedov

MÜƏLLİ…

 Qızın atası iddia edir ki, buna səbəb qızını həmi