booked.net booked.net  

Avropa İttifaqının ölkəmizdəki səfiri Pavel Herçinski Avropa Komissiyasının Gürcüstan üçün hazırladığı 12 bənddən ibarət tövsiyələr paketindən söz açıb.

TEZADLAR.AZ  Gürcüstan KİV-nə istinadən xəbər verir ki, səfir bütün tövsiyələrin həyata keçirilməsinin vacib olduğunu, lakin ən çox de-oliqarxizasiya, məhkəmə islahatları və medianın azadlığı istiqamətində addımların atılmasının xüsusi önəmini qeyd edib. “Bütün prioritetlər eyni dərəcədə vacibdir, lakin bir neçə gün əvvəl burada olan Aİ-nin Ali Nümayəndəsi Cozef Borreldən eşitdiyiniz kimi, biz xüsusilə hökumətin konkret fəaliyyət göstərməli olduğu de-oliqarxizasiya məsələsində, eləcə də məhkəmə islahatları və media azadlığı istiqamətində irəliləyiş gözləyirik. Bu istiqamətlərdə hökumət konkret fəaliyyət planı təqdim etməlidir. Avropa Komissiyasının hesabatının yayımlanmasına bir neçə həftə qalıb. Biz bunun üçün təxminən oktyabrın ortalarını gözləyirik”,- deyə Herçinski vurğulayıb. Səfir həmçinin, Avropa Komissiyasının sədri Ursula fon der Layenin Avropa Parlamentinin plenar iclasındakı çıxışını da şərh edib: “Mən həmin bəyanatı faktların ifadəsi kimi çox aydın oxudum və bu gün faktlar çox aydındır - Ukrayna, Moldova və Qərbi Balkanların bir neçə ölkəsi artıq namizəd statusuna malikdir, Gürcüstan hazırda Avropa perspektivinə sahibdir. Əhalinin böyük əksəriyyəti Avropaya inteqrasiyanı dəstəkləyir. Avropa Komissiyası genişləndirmə hesabatını dərc edəcək və bu o deməkdir ki, Avropa Komissiyasının sədri bu hesabata görə bütün məsuliyyəti öz üzərinə götürür. Hesabatın düz bir ay sonra dərc olunmasını gözləyirik, daha sonra 27 ölkənin lideri bağlı qapılar arxasında görüşəcək, müzakirə edəcək və qərar verəcək. Mən Gürcüstana ancaq ən yaxşısını arzulaya bilərəm, amma son qərar 27 üzv dövlətin əlindədir".

Qeyd edək ki, Avropa Komissiyası dekabrın əvvəlində Gürcüstanın həyata keçirdiyi islahatlar barədə rəy dərc edərək ölkənin namizəd statusu məsələsi barədə qərar verəcək.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN