"Respublika doğum evi" kimi tanınan və Ali Məhkəmənin qonşuluğunda yerləşən Respublika Perinatal Mərkəzində yanğın baş verib...

Pin It

Belarus prezidenti Aleksandr Lukaşenko imzaladığı qanun layihəsi ilə özünə və ailəsinə ömürlük toxunulmazlıq verib.

TEZADLAR.AZ  xəbər verir ki, trend bu barədə xarici KİV-lərə istinadən məlumat yayıb.

Məlumata görə, prezidentin səlahiyyət müddətini başa vurduqdan sonra Belarus parlamentinin yuxarı palatasının daimi üzvü olmasını nəzərdə tutan qanun Lukaşenkonun cinayət məsuliyyətinə cəlb olunmasının qarşısını alacaq.

Yeni qanun həmçinin prezidentliyə namizədlərin ən azı 40 yaşını və Belarusda 20 il yaşamasını tələb edir.

Pin It

ABŞ dünya imperatorluğunu, öz imperatorluğunu qorumaq üçün ayrı-ayrı dövlətlərə təzyiq etməkdədir.

Pin It

Makronun əməllərindən bezənlərin sayı artmaqdadır...

Pin It

Bu gün Yasamal rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə «Şakir» MTK-nın sədri Tural Şakir oğlu Hüseynovun «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərziliyə və qəzetdə şikayəti yayımlanmış, zərərçəkmiş Nurəddin Xasay oğlu Niftəliyevin barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətinə baxıldı. Məhkəmə şikayətin əsassız və ərizənin isə vəkil tərəfindən prosessual qanunvericiliyə tamamilə zidd tərtib olunduğunu, eləcə də ittiham predmetinin yalnış seçilməsini əsas tutaraq şikayətin icraata qəbul edilməsindən imtina etdi.

«Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili məhkəmə qərarı barədə qəzetə bunları söylədi:

- 121 nəfər payçının aldadılmasına görə Azərbaycan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilmiş Şakir Hüseynovun (məhbəs həyatının 9-cu ili həbsxanada dünyasını dəyişmişdir) oğlu, hazırda maddi varisi Tural Şakir oğlu Hüseynovun vermiş olduğu 1(004)-617/2023 sayli xüsusi ittiham qaydasında şikayətinə dair məhkəməyə etiraz təqdim etmişdim. Xüsusi ittihamçının vəkili Asif Mədətovun məhkəməyə təqdim etdiyi ərizəsi Azərbaycan Respublikası Cinayət Prosessual Qanunvericiliyinə uyğun deyildi və ərizə savadsız, hüquqi dildə desəm, naşı, səhvlərlə dolu hazırlanmışdı. Ona görə də şikayət Azərb. CPM-nin 302-ci maddəsinin tələblərinə görə rədd edilməli idi. Əvvəla, mübahisələndirilən məqalədə müsahibəsi yayımlanmış Qarabağ Müharibəsi veteranı Nurəddin Xasay oğlu Niftəliyev də «Şakir» MTK-nın günahı üzündən zərərçəkmişdir, üstəlik, o, pulunu tələb etdiyindən MTK-nın sədri Tural Hüseynov tərəfindən döyülüb, xəsarət almışdır. Bununla bağlı Nərimanov RPİ-də cinayət işi başlanılmışdır. Lakin Ginnesin rekordlar kitabına düşəcək hadisə baş vermişdir. Belə ki, indiyədək müstəntiq Elnur Məmmədov tərəfindən 14 dəfə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuşdur.

 

tural-1Nəhayət, zərərçəkmişin Baş Prokurorluğa şikayətindən sonra sonuncu dəfə 2023-cü ilin dekabrın 27-də Bakı şəhər Prokurorluğu həmin qərarı bir daha ləğv edərək cinayət işinin təzələnərək hərtərəfli istintaq aparılması üçün Nərimanov rayon Prokurorluğuna göstəriş vermişdir. Maraqlısı budur ki, bu günədək həmin müstəntiq cəzalandırılmamışdır. Tural Hüseynovun vəkili Asif Mədətov uzun müddətdir «Şakir» MTK-nın hüquqlarını müdafiə edir. Amma bu dəfə o, zərərçəkmişin Baş Prokurorluğa ünvanlı şikayətini dərc etdiyimiz üçün məni məhkəməyə verib. Vəkil fərqində olmayıb ki, məqalə qəzetdə gedibsə və imza mənə məxsus deyilsə, hansı ki, yazılanların hamısı məhkəmə hökmlərinə istinadən verilib… Bununla belə, vəkil qəzetdə dərc olunmuş məqaləyə görə məni xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə verir, hətta o dərəcədə təcrübəsizlik edib ki, şikayətçi ilə məni bir yerdə məhkəməyə vermişdir… Ən maraqlısı, vəkil şikayət ərizəsində məni redaksiyaya müraciət etmiş şikayətçi Nurəddin Niftəliyevlə əlbir olub müştərək cinayət əməli törətməkdə, yəni böhtan atmaqda ittiham edərək barəmizdə hökm çıxarılmasını istəyirdi. Hakim isə vəkilə sözün yaxşı və yumşaq mənasında iradını bildirərək ərizəni düzgün tərtib etmədiyini bildirdi və müşavirə otağından qayıdaraq qərarını elan etdi: «Xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin!». Beləliklə, məhkəmə tam qanuni əsaslarla şikayətin icraata qəbulundan imtina etdi və vəkil də, xüsusi ittihamçı da hakimin izahından razı qalmaqdan başqa yol görmədilər…

***

Onu da xatırladaq ki, mübahisələndirilən bütün məqalələrdə 121 zərərçəkmişi olmuş və «türmə»də dünyasını dəyişmiş Şakir Hüseynovun oğlu Tural Hüseynovun indi rəhbəri olduğu «Şakir» MTK barədə məhkəmə hökmlərinə və istintaq qərarlarına istinad edilmişdir.  

«Təzadlar»  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN