Belarus prezidenti Aleksandr Lukaşenko imzaladığı qanun layihəsi ilə özünə və ailəsinə ömürlük toxunulmazlıq verib.
TEZADLAR.AZ xəbər verir ki, trend bu barədə xarici KİV-lərə istinadən məlumat yayıb.
Məlumata görə, prezidentin səlahiyyət müddətini başa vurduqdan sonra Belarus parlamentinin yuxarı palatasının daimi üzvü olmasını nəzərdə tutan qanun Lukaşenkonun cinayət məsuliyyətinə cəlb olunmasının qarşısını alacaq.
Yeni qanun həmçinin prezidentliyə namizədlərin ən azı 40 yaşını və Belarusda 20 il yaşamasını tələb edir.