LGBT FƏALINI ÖLDÜRƏN 9,5 İL AZADLIQDA OLMAYACAQ- HÖKM
Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist və LGBT fəalı Əvəz Şıxməmmədovun (Hafizli) qətli üzrə prosesibaşa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist və LGBT fəalı Əvəz Şıxməmmədovun (Hafizli) qətli üzrə prosesibaşa çatıb.
...Ötən il İsveçrədə baş tutan Bazel - Qarabağ oyununu müxtəlif səbəblərdən stadiondan seyr edə bilməmişdim.
Bu il isə Sürix - Qarabağ oyununu mütləq canlı –istadionda zləmək istəyirdim. Bu fikri Arauda yaşayan digər həmyerlilərimiz– ağdamlı (Şelli kəndi) Nurlana söyləyəndə dərhal şərik oldu. Beləliklə, birlikdə doğma komandanı iyulun 27 - ində Sürixdə keçırıləcək Sürix - Qarabağ matçında stadionda dəstəkləmək planını cızdıq.
Sürix İsveçrənin ən böyük şəhəridir. Bu, İsveçrənin yeganə şəhəridir ki, 1 milyondan çox əhalisi var və əgər ölkənin bütün əhalisinin 8.5 mılyon olduğunu nəzərə alsaq, Sürixin mahiyyətini bir az daha anlamış olarıq. Əhali sayının Azərbaycana yaxın olmasına baxmayaraq, ölkənin ərazisi Azərbaycan ərazisinin yarısına bərabərdir.
Yaşadığımız şəhərdən Sürixə qatarla 1 saatlıq yoldur, ancaq iki qatar dəyişməlisən. Sürixə rahat gedib - qayıtmaq üçün, günlük bilet aldıq.
İsveçrədə "yarım bilet" deyilən 1 illik bilet var. Sən o bileti aldığında, bütün ölkə boyu 1 il hara getsən, bilet pulunun yarısını ödəyirsən. İsveçrədə qatar bileti həm də avtobus üçün keçərlidir. Nə isə, adambaşına 25 frank (fr.=$) verib günlük bilet aldıq. Dəyişərək mindiyimiz iki qatar 1 saata bizi Sürixə çatdırdı. Sürixə oyundan 6 saat öncə gəlməyimizin iki səbəbi var idi. Birinci səbəb matça bilet almaq, ikinci isə, bu özünəməxsus şəhəri gəzmək idi.
Vaxtımızın çoxluğundan və həm də günorta olduğundan Nurlanın yaxşı tanışları olan türk restoranına getdik. Burada türk qardaşlar bizi çox səmimi qarşıladılar, yaxşıca qonaq etdilər, yediyimiz yeməklərin hesabını da almamaqla bizi əməllicə "utandırdılar". Türk arkadaşlar hətta, oyuna bilet almaq üçün yardım etmək imkanlarının olduğunu da bildirdilər. Biz isə, hər şeyə – sayğıya, qayğıya görə təşəkkür edib, şəhəri gəzməyə çıxdıq. Avropada türk qardaşlarımızdan gördüyümüz növbəti mehribanlıq isə, bizi duyğulandırdı. Sürix hündür binaları, göydələnləri olmayan tipik bir Avropa – İsveçrə şəhəridir.
Axşam üstü saat 5-ə qədər şəhəri dolaşıb, bilet almaq üçün yenidən oyunun keçiriləcəyi "lestegrud" stadionuna qayıtdıq. Stadionun yaxınlığında oyunu izləmək üçün Isveçrənin fransız əyalətlərindən gəlmiş azərbaycanlılarla qarşılaşdıq, bu həmvətənlimiz – ziyalı Samir Sədəqətoğlunun qrupu idi. Oyuna bilet almaq üçün gözlədiyimiz 1 saat çox maraqlı keçdi. Avropanın müxtəlif ölkələrindən "Qarabağı" dəstəkləmək üçün gəlmiş həmvətənlərimizlə görüşdük, tanış olduq, dərdləşdik.
Onların arasında qadınların, uşaqların olması da ayrıca maraqlı idi. Əlbəttə ki, türk qardaş və bacılarımız da öz yerində: əllərində də qardaş ölkənin bayraqları. Təbii ki, oyunu izləməyə gələn həmyerlilərimizin içində Almaniyadan gələn soydaşlarımız üstünlük təşkil edirdi. "Qarabağ"ı seyr etmək, dəstəkləmək üçün bura toplanmış soydaşlarımız müxtəlif yaşda, fərqli əqidədə olsalar da, onları bu gün qürbətdə bir amal birləşdirirdi – vətən, millət sevgisi. Kassadan matça bilet alarkən, stadion işçilərinin bizə – qonaqlara olan münasibəti bizi bir az dilxor etsə də, əhval - ruhiyyəmiz yüksək idi. Bizim üçün ayrılmış tribunada yerlərimizi titduq və 2 saatdan ( əlavə vaxtla birgə) artıq davam edən gərgin, maraqlı oyunu izlədik. Sayımız yerli azarkeşlərin sayından dəfələrlə az olsa da, səsimiz, hayqırtımız, atəşfəşanlığımız heç də zəif deyildi və doğma komandanı yetərincə dəstəklədik. Bu dəstəkdə hər şey vardı: bayraqlar, nağaralar, "Qarabağın" atributları, şüarlar, "can Qarabağ" mahnısı...
Gərgin keçən oyun, nəhayət "Qarabağ"a sərf edən nəticə ilə bitdi: 2:2. Qeyd edim ki, bu həm də mənim oyun öncəsi verdiyim proqnoz nəticə idi. Və budur, komandamız növbəti mərhələdədir. Bu münasibətlə xalqımızı təbrik edirəm.
Möhtəşəm oyun, möhtəşəm dəstək və layiqli nəticə! Komandaya inanırıq, "Qarabağ" nöbəti mərhələni keçməyə qadirdir. Hələ Sürixlə Bakıda baş tutan birinci oyundan sonra mən qeyd eləmişdim ki, əgər "Qarabağ" Polşa çempionunu keçməyi bacardısa, İsveçrə çempionunu da keçə bilər. Indi isə, deyirəm ki, Macarıstan çempionatı heç də, İsveçrə və ya Polşa çempionatından səviyyəli, güclü deyil.
Uğurlar Qarabağ!
İlham Rəsul – Sürix
"Təzadlar"ın xüsusi müxbiri
""Qarabağ" UEFA Konfrans Liqasında qrup mərhələsinə vəsiqəni təmin edib azarkeşlərini sevindirdi"
Son günlər bəzi sosial media istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirmək, vətəndaşlar arasında süni ajiotaj yaratmaq, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədilə həqiqətə uyğun olmayan informasiyalar tirajlanıb.