"...İndi şükür Allaha gəlib oturub qonşuluqda ağlı başına gəlir."

Bakı Ağır Cinayətlər Məhkəməsində "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, prosesdə təqsirləndirilən şəxs Rasim Məmmədov Xural internet televiziyasının rəhbəri Əvəz Zeynallının həbsi ilə bağlı danışıb.

R.Məmmədov bildirib ki, Əvəz Zeynallı onu dəfələrlə hədələyib:

" Əvəz jurnalist deyil, cinayətkardır. Neçə illərdir mənə təzyiq edərək, pul tələb edir. İndi şükür Allaha gəlib oturub qonşuluqda ağlı başına gəlir".

Dövlət ittihamçısı ittiham olunan şəxsin dediklərinə münasibət bildirərək şəxsin cinayət xarakterli məlumatlarlarla bağlı iltizam tətbiq olunmalı olduğunu bildirib:

"Şəxs kifayət qədər cinayət xarakterli məlumatlar verdi. Bunlar aktlaşdırılıb Baş Prokurorluğa göndərilməlidir."

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN