Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalist Əvəz Zeynallının həbsinə münasibət bildirib... Ə.Amaşov yazır: "Mətbuat Şurasının fəaliyyətində gərgin dövrdür. Tezliklə qurultay olacaq. Bu, bizim jurnalistlərlə bağlı taleyüklü məsələləri arxa plana keçirməyimizə əsas vermir. Azərbaycan Mətbuat Şurası tutduğu əməldən, ona qarşı irəli sürülmüş ittihamdan asılı olmayaraq, jurnalist həbsindən həmişə narahatdır. O cümlədən "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsindən də narahatıq. Arzu edərdik ki, Əvəz bəy azadlığına qovuşsun. Mətbuat Şurası olaraq məsələnin hüquqi tərəflərini mübahisələndirməkdən də uzağıq. Azərbaycan hüquq sisteminin ədalətinə sığınaraq məsələni diqqətdə saxlayırıq. Məsələ isə kifayət qədər həssasdır. İnanıram ki, ona ədalət prizmasından yanaşılacaqdır. Allah Əvəz Zeynallının qapısını açsın".
Sitatın sonu...
A.Məmmədli
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN