Sosial şəbəkə hesablarında BDU-nun sabiq professoru Altay Göyüşov ciddi ictimai etiraza səbəb olan status paylaşıb... Əvvəlcə mən də inanmadım. Təxribat olduğunu hesab etdim... Lakin onun fb statusuna nəzər yetirəndə həqiqət olduğunu gördüm. 3 saat əvvəl yazıb. Təəssüflər olsun, acı bir mənzərə, kasad düşüncə ilə rastlaşdım. Bu da həmin status: "Belə baxıram ki, Əliyev Azərbaycanı dünyaya təcavüzkar dövlət kimi qəbul etdirməsə, əl çəkən deyil. Bundan isə təkcə o yox, hamımız ziyan görəcəyik. Necə ki, Putinin təcavüzkarlığından bu gün bütün Rusiya vətəndaşları ziyan görür. Amma ziyan görsək də, bu haqqına olacaq. Çünki Əliyevin Zəngəzur, İrəvan tipli irridentizminə cəmiyyət onun özündən daha çox inanır, dəstəkləyir. Şəxsən mənə İrəvan, Zəngəzur-filan lazım deyil və Ermənistana qarşı gecəki təcavüzü birmənalı olaraq pisləyirəm.
Mənim görüşümə lazım olan əlavə torpaq, ərazi, yekəlmək istəklərini kənara ataraq elə indiki oturduğumuz yerlərdə ədalətli sistem quraraq ləyaqətlə yaşamağımızdır. Tərəqinin də yolu budur. Çoxluq belə düşünməsə, nə özü, nə uşaqları bir gün görəcək".
İnsan nə qədər kəmsavad və xəstə olmalıdır ki, 30 ildir yurd-yuvası erməni işğalı altında olan ölkəni indi təcavüzkarla mübarizə apardığı bir vaxtda "təcavüzkar" adlandırsın...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN