...1992-ci il. Ağdam. Xocalıda soyqırım edilmiş dinc insanların meyitləri Ağdam Məscidinə gətirilirdi. Sağ qalan Xocalı sakinləri isə Gülablı-Abdal meşələrinin qarlı aşırımlarını keçib ayaqyalın Ağdama gəlib çıxmışdılar... Hamı şokda idi... İlk meyit maşından düşürüldü... Könüllü döyüşçülərdən biri idi. Meyiti görən kimi ətrafdakı qadınların qıyya çəkib qan donduran qışqırıq səsi ətrafdakıların sözlə ifadə edilməz halına bir od qoydu... Mən fotoaparatın yaddaşına bir neçə şəkil çəkib kənara durdum. Bu vaxt şəhidin anası yaxına gəldi. İti baxışları ilə ətrafı seyr edib dayandı... Birdən əlindəki qara yaylığı havaya qaldırıb ağlayıb üzünü cıran qadınlara tərəf baxdı: "Ay qızlar, mənə baxın... Dedim, sakit olub mənə baxın... Bu şəhid mənim oğlumdur... Eşidirsiniz, mənim oğlumdur! Siz niyə ağlayıb özünüzü öldürürsünüz? Bəsdirin! Ağlamaq lazımdırsa, mən ağlayacam, hələ ağlamalı günümüz qabaqdadır...".
Dünən şəhid olan igidlərimizin analarına bunları bir təsəlli kimi yazdım... Şəhid oğullar ana Vətəni-analarını qorumağa getmişdilər... Eşidirsiniz, analar, Sizi qorumağa GETMİŞDİLƏR!!!
Asif MƏRZİLİ