Gürcüstanda fəaliyyət göstərən "Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi", Alyans Gənclər Mərkəzi" və "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi" Ermənistan silahlı qüvvələrinin 12 sentyabr tarixindən 13-nə keçən gecə genişmiqyaslı təxribatına etiraz olaraq rəsmi qurumlara və beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, təşkilatlar sözügedən bəyanatları Gürcüstan Prezidenti Salome Zurabişviliyə, Baş nazir İrakli Qaribaşviliyə, Gürcüstan Parlementinə, Gürcüstan Xarici İşlər nazirliyinə, UNICEF-in və NATO mərkəzinin Gürcüstan nümayəndəliyinə təqdim ediblər. Qeyd olunan təşkilatlar məktubda rəsmi İrəvanın təxribat yönlü hücumundan dərin narahatlığını bildiriblər və beynəlxalq tərəfdaşların Ermənistanın təcavüzkar siyasətinə qarşı təzyiqin artırılmasını xahiş ediblər. Təşkilatların təqdim etdiyi bəyanatlarda tərəflərin Rusiya və Avropa İttifaqının vasitəçiliyi ilə sülh sazişinin imzalanmasına dair danışıqlar apardığı bir vaxtda belə davranışın yolverilməz olduğu bildirilib. Həmçinin qeyd olunub ki, 2020-ci il noyabrın 10-dan indiyədək Ermənistan tərəfindən işğaldan azad edilmiş ərazilərə mina və digər partlayıcı qurğuların yerləşdirilməsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə 33 hərbi qulluqçu və 66 mülki şəxs həlak olub. Bəyanatda o da bildirilib ki, Ermənistanın bu addımları davam edən normallaşma və sülh prosesinə tamamilə ziddir. Azərbaycanın işğaldan azad edilmiş bu ərazilərində genişmiqyaslı yenidənqurma və quruculuq işləri aparıldığı bir zamanda Ermənistanın təcavüzü bu prosesə hər cür mane olduğunun daha bir bariz göstəricisidir.

Bəyanatda təxribatlara, qarşıdurmalara və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi və siyasi rəhbərliyinin üzərinə düşdüyü bildirilib. Qeyd olunub ki, analoji halların təkrarlanmaması üçün beynəlxalq hüquq səviyyəsində əməli addımlar atmağa və eyni zamanda revanşizm ideyalarına son qoymaq, erməni tərəfini sülhə dəvət etmək üçün səylərinizin artırılmasını xahiş edirik və s.

*** 

Artıq dünyanın əksər ölkələri Ermənistanın ötən günkü təxribatlarını qətiyyətlə pisləyib.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN