…Sosial media və TV-lər, radiolar hər gün Bakının küçələrini cənginə almış tıxaclardan bəhs edir.

Bəzən isə radiolarda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən sürücülərə edilən məsləhətlər adama gülməli gəlir. Sürücülərə tıxaclı yolların siyahısı elan ediləndə və alternativ yollar təklif olunanda isə məlum olur ki, artıq alternativ yollar demək olar yoxdur, bütün yollar tıxaca məhkumdur, bağlıdır.

Bəs nə etməli? Doğrudanmı Bakının tıxac problemi həlledilməzdir?

 «Təzadlar»ın Baş redaktoru Asif Mərzili özünün  sosial platformasında maraqlı təkliflə çıxış edib. Jurnalist yazır: «…Hələ neçə il əvvəl təklif vermişdim ki, Bakının Cavanşir körpüsü 4 prospektdən gələn avtomobil axını ilə tıxanır və yol faktiki hərəkətsiz olur. Apardığım müşahidələr isə göstərir ki, həmin avtomobillərin 80-90 faizi Azneft meydanına qədər eyni axınla gəlir və az bir hissəsi Rəşid Behbudov və Bakı Meriyası istiqamətinə gedir, qalanı rayonlara, «Binə», «Sədərək» və «Meyvəli bazar»a doğru istiqamət götürür. Təklif edirəm ki, sonuncu qeyd edilən istiqamətlərə gedən  avtomobillərin şəhərin mərkəzinə daxil olmasının qarşısını almaq üçün, məsələn, «Nargilə» kafesi (keçmiş «Lenkombinat») istiqamətindən sahil boyu olmaqla dənizdən Lökbatanadək ya bərələrdən istifadə edilsin, yaxud da yol çəkilsin… Bir müddət bu yolun layihəsi müzakirə edildi və 1 milyard manat dəyərləndirildi, lakin sonradan imtina edildi…».

Jurnalist daha bir təklif verib: «…Hamı bilir ki, Bakının tıxaclarının baiskarı paytaxtın mərkəzində və özü də harda gəldi göydələn tikən iş adamlarıdır. Bakıda belə MTK-ların sayı yüzlərlədir. Hər sahibkar «Dənizdən yol» Fonduna 10 milyon manat pul qoyarsa, bu 1 milyard manat edir… Bununla da həmin yol havayı çəkilmiş olar. On milyon manat isə təxminən 30-40 mənzilin satış qiymətidir… Hökumət bu təklifimi bəyənərsə, əla iş görülmüş olar və Bakı sakinləri də yollardakı tıxaclarda qocalıb ömür çürütməz…».

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN