Bazar günü Bakıda yerli və xarici KİV əməkdaşlarının mükafatlandırılması mərasimi keçirilib.

EMedia Group-un təşkil etdiyi təntənəli tədbir Azərbaycan milli mətbuatının 146 illiyinə həsr edilib.

Mərasimdə tanınmış jurnalistlər, dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri, Azərbaycanın mediastrukturları ilə fəal əməkdaşlıq edən şirkətlər, əməkdar incəsənət xadimləri iştirak ediblər.

Azərbaycanın kütləvi informasiya vasitələrinin inkişafına verdiyi uğurlu və səmərəli töhfəyə görə , "Anadolu" agentliyinin (AA) iki əməkdaşı – müxbir Ruslan Rəhimov və redaktor Ramin Abdullayev "Əkinçi" diplomu ilə təltif edilib.

Tədbirin keçirilməsinə görə təşkilatçılara təşəkkür edən Rəhimov bildirib ki, bu yaxınlarda baş vermiş 44 günlük müharibə zamanı Türkiyə və dost Azərbaycan reallıqlarını dünyaya çatdırmaqda davam edir.

"AA" bu gün də Türkiyənin qardaş və dost ölkələrinin səsi olmağa çalışır", - deyə o vurğulayıb.

Azərbaycanın reallıqlarından bəhs edən proqramların yaradılmasına görə TRT telekanalı ayrıca mükafata layiq görülüb. Mükafat TRT-nin Bakı ofisinin müxbiri Fatih Avanosa verilib.

Qlsa arayış: 

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün təlimatı ilə Qurtuluş müharibəsinin ilk illərində "Anadolunun səsini dünyaya eşitdirmək" məqsədilə qurulmuş “Anadolu” agentliyi 97-ci ildönümündə dünyanın ən yaxşı xəbər agentliklərindən biri olmaq yolunda qətiyyətli addımlarla irəliləyir.

1920-ci il aprelin 6-da fəaliyyətə başlayan agentlik ötən müddət ərzində çətin və şərəfli yol keçib.

“Anadolu” agentliyi hazırda türk, ingilis, BHS (Bosniya, Xorvat, Serb), ərəb, fars, rus, fransız, kürd, alban və makedon olmaqla 10 dildə yayımlanır. Həmçinin Rusiyanın “ITAR-TASS”, Yaponiyanın “Kyodo” və Albaniyanın “ATA” xəbər agentlikləri ilə əməkdaşlıq anlaşması imzalayıb.

Şakir QURBANOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN