Gürcüstan parlamentində dünən gərginlik yaşanıb...

Belə ki, daxili işlər naziri Vaxtanq Qomelaurinin parlamentdə çıxışına müxaliflərin müdaxiləsi ilə maneçilik törədilib. Gürcüstan KİV-lərinin yazdığına görə, nazirin çıxışına media nümayəndələri və müxalif millət vəkilləri etiraz ediblər. Parlamentin sədri Kaxa Kuçava isə mövcud vəziyyətdə heç bir iclas davam edə bilmədiyini bildirərək iclası bağlı elan edib. Parlament sədri, baş verənləri iclasın baş tutmaması üçün məqsədyönlü şəkildə təşkil olunduğunu bildirib. Qeyd edək ki, Vaxtanq Qomelauri parlamentdə iyulun 5-6-da Tbilisidə baş verən hadisələrlə bağlı hesabat xarakterli açıqlamalar verməli idi. Hansı ki, qeyd edilən dövrlərdə kütləvi etirazlarda, hətta baş nazirin istefası tələb edilmişdi.

A.Məmmədov

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN