Oxucumuz Famil Məmmədli "Təzadlar"a Sumqayıtdakı ictimai diqqəti çəkən bir mövzu ilə bağlı məlumat və fotoşəkillər göndərib.

Məlum olur ki, getdikcə gözəlləşən şəhərin "göz muncuqları" da var. F.Məmmədli yazır ki, adətən dünyanın bütün şəhərlərində saat qüllələri ən dəqiq işləyən saatlar sayılır ki, insanlar da onlara uyğun vaxtlarını nizamlayırlar. Londonun rəmzi olan Big Ben, Adanada Böyük saat, elə Bakı bulvarındakı məhşur Saat Qülləsi də bu qəbildəndir. Qüllə saatlar bir qayda olaraq şəhərə yaraşıq verir, görüş yeri sayılır, həmçinin bir qayda olaraq şəhərin görməli yelərində ucaldılır ki, insanlar praktik baxımdan da ondan yararlansınlar, saatın neçə olmasını uzaqdan belə görə bilsinlər və istiqaməti düzgün müəyyən etsinlər. Bir çox şəhərlərdə hətta saat qüllələri, saatdan çox  (çoxu telefonunda saata baxa bilər) şəhərin vizit kartı, simvolu  turistlər üçün görməli yeri sayılır. Sumqayıtda da bir neçə saat qülləsi var ki, onlar Big Ben kimi arxitektura abidəsi baxımından möhtəşəm, məşhur, qədimi olmasa da sakinlər üçün əhəmiyyət daşıyır. Hər halda onlara büdcədən  külli miqdarda  vəsait xərclənib və xərclənir.

 Ancaq Sumqayıtda, bütün dünyanın əksinə olaraq şəhərin ən əsas və ən dəqiq saatı sayıla biləcək saatları, ən səhv işləyənlərdir və ya ümumiyyətlə, işləmir. Saat qülələrinin  hər 3-ü şəhərin gözəgəlimli yerində; biri Sülh küçəsində, düz şəhərin girəcəyində (Avovağzal ilə üzbəüz), 2-cisi onun yaxınlığında 36-cı məhəllədə, yolun kənarındakı binanın üstündədir, 3-cüsü  isə 9-cu mirorayondakı Heydər Əliyev parkının girəcəyindədir (Hündürlüyü 8 metrdir). Bu saatlardan 1-cisi ümumiyyətlə, çoxdandır işləmir, 2-cisi səhv işləyir- 5-10 dəqiqə geri qalır, Heydər Əliyev parkındakı isə saatın elektron monitoru pozulub, 1 saatdan çox geri qalır, düz işləmir. Və bu uzun müddətdir ki, belədir.

Əlbəttə, saat problemi ola bilsin qlobal problem deyil və Sumqayıtda kifayət qədər həllini gözləyən başqa problemlər də var. Amma  bu da  göstəricidir. Əgər bu saatlar işləməyəcəksə və səhv işləyəcəksə, onda saat qüüləsinin inşa edilməsinin nə mənası var idi?! Ümumiyyətlə, aidiyyatlı qurumlar üçün  usta-mütəxəssis  tapıb saatları düzəltdirmək və bunu nəzarətdə saxlamaq nə qədər çətindir?!

*** 

Bəli, saatlar zaman ölçüsüdür və bu dəqiqliyi vaxtının qiymətini bilənlər yaxşı bilir. Əlbəttə, o boyda şəhərdə belə diqqətə alınan problem də varsa, onu aradan qaldırmaq bir elə də çətin deyil. Gəlin vaxtımızın qiymətini bildiyimiz kimi, qülləli saat kimi abidələrimizin də qədrini bilək. Axı bu abidə-saatlara hamımız baxırıq. Vaxt isə bizə baxmır, irəliyə doğru gedir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN