Gözlənildiyinkimi, ermənipərəst Fransa Senatı bu dəqiqələrdə Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.

Tezadlar.az "Azadlıq radiosu"na istinadla bildiri ki,  sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir. Bundan əlavə, qətnamə layihəsində milyonlarla azərbaycanlının 30 illik işğal ərzində fundamental insan hüquqlarından məhrum olunduqları, müharibə cinayərlərinə məruz qaldıqları və digər faktların nəzərə alınmadığına, Azərbaycana isə təcavüzkar rolu ayrıldığına diqqət cəlb edilib.

Bu da Makronun ikiüzlü siyasətinin erməni sevgisi. Doğrudanmı Makron hakimiyyəti kar, kor və lal vəziyyətindədir? Axı dünya ictimaiyyəti bir daha şahiddir ki, Azərbaycan Ermənistanın 30 illik işğalında hansı əzab və dağıntılara məruz qalıb... Üstəlik, Fransa ATƏT-in Minsk Qrupunun üzvü olaraq 1994-cü ildən Qarabağda baş verənlərdən xəbərdar idi. Bəs nə oldu???

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN