Dünən noyabrın 23-də İrəvanda keçirilən KTMT Kollektiv Təhlükəsizlik Şurasının sammitinin sonunda Ermənistanın baş naziri Nikol Paşinyan təşkilata üzv ölkə olan Ermənistanın sərhədlərinin qorunmasında KTMT-nin səmərəsizliyi səbəbindən bəyannaməni imzalamaqdan imtina edib...

 Tezadlar.az Ermənistan KİV-lərinə istinadla bildirir ki, bu imtinaya səbəb kimi təşkilat tərəfindən guya Azərbaycanın Ermənistanın ərazi bütövlüyünə qarşı “təcavüz”ünə siyasi qiymət verilməməsi göstərilir. Hansı ki, "...söhbət 2021-ci ilin mayından rəsmi Bakının silahlı qüvvələrinin 3 istiqamətdə həyata keçirdiyi hərbi əməliyyatdan  gedir...".

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT KTMT) Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini və Ermənistana yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında layihəni imzalamaqdan imtina edərək "...17 qərar layihəsi təqdim olunub. 15-də konsensusumuz var. İki layihə yenidən baxılmaq üçün göndərilib... KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Bəyannaməsinin layihəsi və Ermənistan Respublikasına yardım göstərilməsi üzrə birgə tədbirlər kifayət qədər yekunlaşdırılmayıb və bu formada, bütün hörmətlə, mən bu sənədləri imzalamağa hazır deyiləm”, -deyə bəhanəsini belə malalayıb.

Lakin Rusiya mediası Paşinyanın bu hərəkətini rəsmi Kremlin təşəbbüs və Ermənistana diqqətinə, uzun illərdir himayəsinə sərt hörmətsizlik kimi yazır. Siyasi ekspertlər Paşinyanın Putin tərəfindən daha sərt formada cəzalandırılacağına inandığını deyir. Politoloq Azad Məsiyev "Təzadlar"a bildirib ki, "Sadəcə, Paşinyan od ilə oynayır... O, ABŞ-ın təsir dairəsindən çıxa bilmir, Rusiya ilə bütün qapıların bağlanmasına gətirib çıxaran addımlar atmaqdadır... Rəsmi Kreml bunu heç vaxt bağışlamayacaq...".

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN