Bubgünlərdə Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarına Qarabağda yaşayış məntəqələrinin siyahısını və onlara Azərbaycan toponimlərini göndərildiyi barədə məlumat yaymışdır...

Lakin iki ildir sülhməramlılar hər hansı məlumatlarında erməni adlarından istifadə edirlər. Eyni zamanda, Azərbaycan MN tələb etmişdi ki, erməni birləşmələri tərəfindən atəşkəs rejiminin pozulması nədənsə Rusiya sülhməramlılarının rəsmi bəyanatlarında öz əksini tapmır.

Tezadlar.az Turan-a istinadka qeyd edir ki, Rusiya sülhməramlıların rəhbərliyi Azərbaycan Müdafiə Nazirliyinə cavab verib. Həmin cavab erməni məramlılıqdan bir addım uzaq deyil. Hətta bu komandanlıq  rəsmi Bakının 2021-ci ildə Ermənistanda istehsal olunan minaların Rusiyanın nəzarətində olan Laçın dəhlizi ilə daşınaraq Laçın, Kəlbəcər və Şuşa rayonlarında basdırılması ilə bağlı ittihamlarına isə cavab belə verməyib. Çünki cavab verməyə söz və üz yoxdur. 

Beləliklə tarix və ictimai maraq baxımından həmin erməni niyyətli cavabdan bəzi məqamları təqdim edirik. Belə ki, Rusiya sülhməramlıları Qarabağda  Azərbaycan toponimlərindən istifadə etməməsi ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin ittihamlarına görün necə cavab verib:  Sülhməramlıların komandanlığı öz teleqram kanalında (t.me/RUS_peacekeeper) Bakının iddialarını rədd edib. “Rusiya Silahlı Qüvvələri və sülhməramlı kontingent təlim və döyüş tapşırıqlarını yerinə yetirərkən Rusiya Silahlı Qüvvələri Baş Qərargahının topoqrafik xəritələrində müəyyən edilmiş toponimlərdən istifadə edir. Bakıdan Mağavuz qəsəbəsinin adı ilə bağlı tənqidlər təəccüb doğurur, çünki dəfələrlə Azərbaycan vətəndaşlarının avtomobil karvanlarının müşayiəti ilə Azərbaycan vətəndaşlarının avtomobil karvanlarının müşayiətini təmin edərək Rusiya Müdafiə Nazirliyinin bülletenlərində başqa qeyri-azərbaycan toponimlərdən istifadə edilib. Lakin bu iddialara səbəb olmadı. Bundan başqa, Azərbaycan tərəfi avtomobil kolonların hərəkət marşrutunun razılaşdırılması və Rusiya sülhməramlıları ilə qarşılıqlı əlaqənin təşkili zamanı bu toponimlərdən də istifadə edir? Sülhməramlıların fəaliyyəti “müxtəlif görüşlərdə Azərbaycan rəsmiləri tərəfindən onların səmərəliliyinə yüksək qiymət verilib”. Atəşkəs rejiminin pozulmasına gəlincə, onlar “günün istənilən vaxtı müşahidə aparmağa imkan verən obyektiv nəzarət avadanlığından istifadə etməklə sülhməramlıların müşahidə məntəqələri tərəfindən qeydə alınır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin belə əhəmiyyətsiz hallarda Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyətini şübhə altına almagdansa, onunla sülhün qorunub saxlanması üçün sıx əməkdaşlıq etsə idi, heç də pis olmazdı”

Artıq nə deyəsən?! Bir daha əmin olmalıyıq ki, Rusiya sülhməramlıları kar, kor və lal olaraq ermənilərin Qarabağdakı hoqqalarından xəbərsizdir. Necə ki, rəsmi Kreml 30 il ermənilərin Azərbaycan torpaqlarını işğal etməsinə, qeyri-insani əməllərinə susmuşdur.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN