Bu gün həm jurnalistlərin, həm də jurnalistikamızın günüdür! Mən gerçəkdən jurnalist olanları deyirəm…

 Dostlar, ötən 10-11 ildə olanları unutmadan, həm də o günlərə bir də qayıtmamaq şərti ilə, gəlin bu günümüzün qədrini bilək! Çünki o gün Zərdabinin, Üzeyir bəyin, Mirzə Cəlilin, bir sözlə, azad fikrə meydan açan və sözü satmayan, hər sözə satılmayan, həm də zaman keçdikdə məsləkini satmayan işıqlı KİŞİLƏRİN günüdür! Bu çətin yoldur. O yolun çətinliklərini 1993-cü ildə təsis edilmiş və gözü ilə od götürmüş «Təzadlar» bütün fəaliyyəti dövründə yaşamağa məhkum edilmişdi. Amma Tanrıya və niyyəti təmiz insanlara min şükür ki, zaman hər şeyi öz yoluna qoydu, pis ilə yaxşının fərqi görünməkdədir.

 Bəli, jurnalistika adına nələri etmədilər…  

Bu gün məhkəmədən xəbər gəldi ki, 11 il mətbuatımızın inkişafı üçün ayrılan pullara sərəncam vermiş Vüqar Səfərlinin sabah məhkəməsidir. Jurnalistikamızın bayram ab-havasında məhkəmə qarşısına çıxarılasan! Çətin məsələdir… Nə deyim, Allah günahını, hakim isə əməlini bağışlasın, tezliklə azadlığa çıxsın! Amma indi o, məhkəmə qarşısında həmin o 11 ildə zəlil günə salınmış jurnalistikamızın adına varlanmağın səbəbini aydın və açıq şəkildə, hamımızın başa düşəcəyi dildə deməlidir. Deyə biləcəkmi?

Bir daha bayramınız mübarək olsun, jurnalistikamıza dəyər və hörmət gətirən dostlar!

Asif MƏRZİLİ  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN