ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın Ukraynada elektrik enerjisi və infrastrukturu sıradan çıxarmaq səylərini barbarlıq adlandırıb.


Tezadlar.az “European Pravda”ya istinadla bildirir ki, bu barədə “Politico” nəşri yazıb.  Blinken Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibədə ordusunun əvvəlki fəth məqsədlərinə nail ola bilmədiyi üçün yandırılmış torpaq taktikası tətbiq etdiyini söyləyib. Sitat: "Putin Ukraynanı xəritədən silməyə, məhv etməyə, Ukraynanı Rusiyaya qaytarmağa çalışdı. Bu uğursuz oldu. Sonra o, Ukraynanın şərqində və cənubunda torpaqları ələ keçirməyə başladı. Bu da uğursuz oldu, çünki Ukrayna hərbçiləri bir çox əraziləri geri qaytardılar... O, qışdan silah kimi istifadə etməyə, işıqları, qazı söndürməyə, Ukrayna xalqını elə qış ayları gələndə qaranlığa və soyuğa qərq etməyə çalışır. Bu, həqiqətən də vəhşilikdir". 
Qeyd edək Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşdə hava hücumundan müdafiə vasitələri ilə təminat məsələsini müzakirə edib. Pentaqon isə ABŞ-ın Rusiyanın hücumlarına qarşı hava hücumundan müdafiə sistemlərini dəstəkləmək üçün Ukraynaya "Patriot" sistemləri göndərməyi nəzərdən keçirdiyini bildirib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN