booked.netbooked.net booked.net  

Bu gün "Təzadlar"ın əməkdaşı Elçin Məmmədli ilə Azərbaycanın Xalq şairi, ustadımız Nəriman Həsənzadənin ziyarətinə getdik...

Görüşdə dünya şöhrətli alim Xudu Məmmədovun tələbəsi olmuş Faiq Musayev və həyat yoldaşı Təranə xanım da iştirak edirdilər.

Qeyd edim ki, Musayevlər ailəsi 23 ildir ABŞ-ın Virciniya ştatının Riçmond şəhərində yaşayır və işləyirlər. Faiq Musayev dünya şöhrətli alim Xudu Məmmədovun tələbəsi olmuşdur və Virciniya Universitetinin kimyaçı professorudur, böyük bir laboratoriyanın rəhbəridir. İndiyə qədər 12 adda dərman kəşf edib.  Necə deyərlər, Azərbaycanın fəxridir, qürur mənbəyimizdir.  

Musayevlər ailəsi ABŞ-dan Bakıya təzəlikcə gəliblər. Biz Faiq müəllimlə TTV-nin (Tezadlar TV) canlı efirində Azərbaycan elminin dünyəviliyi barədə danışmalı idik və yaxın günlərdə bu söhbətimiz tamaşaçılarımızla birlikdə canlı efirdə baş tutacaq. Amma təsadüf zərurətdən yaratdı və Azərbaycanın Xalq şairi, "Şöhrət" və "İstiqlal" ordenli Nəriman Həsənzadə ilə görüşümüzə birlikdə getdik...  Həqiqətən də Nəriman Həsənzadə ilə görüş bir tarix, bir ziyarətdir... Nəriman müəllim elə şirin xatirələr danışdı ki, dinlədikcə bir anlıq keçmişi səyahət edib gələcəyə ünvan olduq... Ulu Öndər Heydər Əliyevdən, dünya şöhrətli alim Xudu Məmmədovdan, ustad Səməd Vurğundan, Bəxtiyar Vahabzadədən, Məmməd Arazdan... danışılan xatirələrin hər biri bir tarix, bir yaddaş idi...

Sonda görüşümüzdən-ziyarətimizdən aşağıdakı fotoşəkillər yadigar qaldı... Ustad Nəriman Həsənzadəyə uzun ömür, can sağlığı arzuları ilə:

Asif Mərzili

P.S.Daha geniş yazı təqdim ediləcək...

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN