Neft gəlirləri hesabına xaricdə neçə tələbəmiz təhsil alır və onların adları niyə açıqlanmır?
Tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Birliyinin sədri Mirvari Qəhrəmanlıya bu sualla müraciət etmişdik... Mirvari xanım suala belə cavab verdi:
-Sizə SOCAR-ın 2021-ci il üzrə hesabatınından bir bəndi təqdim edirəm. Yazılır: "...2021-ci ildə SOCAR-ın Xarici Təqaüd Proqramına 9 nəfər qoşulmuşdur. Onlar dünyanın qabaqcıl universitetlərindən olan London Universiteti, Cranfield İdarəetmə Məktəbi, York Universiteti, Marbella Beynəlxalq Universiteti, Lids Universiteti, George Mason Universiteti, Chicago Universiteti, Duke Universiteti, Koreya İnkişaf İnstitutu – İctimai Siyasət və İdarəetmə Məktəbində təhsil almaq imkanı əldə etmişdir. Eyni zamanda 2021-ci ildə 5 nəfər XTP məzunu isə uğurla təhsilini başa vuraraq SOCAR-da ixtisasları üzrə işlə təmin edilmişdir...".
Siz məndən, mən də SOCAR rəhbərliyindən xəbər alıram: bu gənclər-tələbələr kimlərdir? Niyə onların adları məxfi saxlanılır??? 
-Bəs bu bahalı tələbələrin neçəsi SOCAR strukturlarında çalışan fəhlələrin və ya yüksək vəzifəlilərin uşaqlarıdır???
Sualın cavabı sabah saat 17:00-da TTV(Tezadlar TV)nin canlı efirində cavablandırılacaq...
Təqdim etdi: A.Məmmədli
Pin It

GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA