Ukrayna ərazisində hərbi əməliyyatların davam etdiyi bir vaxtda NATO-nun baş katibi Yens Stoltenberq Ukraynadakı müharibənin dondurulması ilə bağlı xəbərdarlıq edib.
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Baş katib Stoltenberq bu barədə jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, Ukraynada hərbi əməliyyatların dondurulması Kremlə fasilə zamanı yeni zərbə üçün qüvvələri artırmaq və yenidən hücum imkanı verəcək. Baş katib bildirib ki, müharibənin başa çatmasını sürətləndirmək üçün NATO müttəfiqləri Ukraynaya silah tədarükünü artırmalıdır. O qeyd edib ki, Ukrayna Rusiya ilə istənilən danışıqların ilk öncə vaxtını və məzmununu müəyyən etməlidir.
İki gün əvvəl Zelenski Rusiyanın işğal etdiyi və Ukrayna ordusunun azad etdiyi Donbasa səfər edib. Zelenski Donbasdan selfi çəkdirərək rəsmi Kremlə mesaj verib...
A.Məmmədli