booked.netbooked.net booked.net  

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin xaricdə müalicə alması tələbi ilə Tbilisidə və regionlarda baş tutan aksiyalar başa çatıb.

TeAdlar.az 24News.ge -yə istinadla bildirir ki, etiraz akisyaları Tbilisidə hökumət binasının önündə, Sülh körpüsündə, Acarıstanda Şekvetilidə Bidzina İvanişvilinin evi qarşısında, İvanişvilinin doğulduğu Saçxere bələdiyyəsinin Çorvila kəndində, Batumi, Kutaisi və Zuqdididə keçirilib. Hökumət adminsitrasiyanın qarşısına toplaşan etirazçılar daha sonra Bidzina İvanişvilinin biznes mərkəzinin önünə yürüyüş ediblər. "Vahid Milli Hərəkat"ın sədri Nika Melia bildirib ki, bu mübarizə qələbə ilə başa çatacaq. Sitat:  "Ölkənin qərblə bağlı gələcəyi Saakaşvilinin sağlamlığından və həyatından asılıdır, bu sübuta ehtiyacı olmayan faktdır. Biz hakimiyyətə gəlmək üçün mübarizə aparmırıq. Ölkənin üçüncü prezidenti intihar etsə, bu hakimiyyəti dəyişsək belə, on illərlə dövlət bataqlıqda qalacaq. Ona görə də bütün Gürcüstan vətəndaşları bunu yaxşı başa düşməlidirlər. Bidzina İvanişvili mübarizənin güzəştsiz olacağı ilə barışmalıdır və bugünkü həmrəylik aksiyası irəliyə doğru bir addım olacaq. Bu, yalnız başlanğıcdır və bu mübarizə davam edəcək".

Gürcüstanın siyasi rəhbərliyinin Saakaşvilinin xaricə köçürülməsinə icazə verəcəyi barədə sosial mediada xəbərlər dolaşır. 

A.Məmmdəli

deyə Nika Melia bildirib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN