"Ölkəyə gətirilən bir litr benzin üçün 80-90 tetri rüsumun olması mümkün deyil. Bu mövzunun çox ciddi araşdırılmasına ehtiyac var".

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə baş nazir İrakli Qaribaşvili hökumətin bugünkü iclasında bildirib. Baş nazir əlavə edib:  “Mənim tapşırığımla rəqabət agentliyi neft bazarını öyrənməyə başladı və fevralın sonunda yekun mənzərəni təqdim edəcəklər. Bizim müdaxiləmiz nəticəsində qiymətlərə müəyyən qədər düzəlişlər edilib, lakin dekabr məlumatlarına görə, görürəm ki, orada markalar çox yüksəkdir. Neft idxalçıları yüksək gəlirlə işləyirlər ki, bu da qəbuledilməzdir. Ona görə də mən sizə, cənab nazirlərə müraciət etmək istəyirəm ki, neft idxalçılarını çağırıb qiymətləri məqbul səviyyəyə endirin. Benzinin litri üçün 80-90 tetri rüsum ola bilməz. Ümid etmək istərdim ki, bu çağırış idxalçılar tərəfindən nəzərə alınacaq və ən qısa zamanda tənzimləmə aparılacaq. Yadınızdadır, dərmanlarla bağlı idxalçılar tərəfindən çoxlu etirazlar var idi, amma məlum oldu ki, bu məsələni çox asanlıqla həll etmək olar. Mən inanıram ki, bu şəxslər də insanlarımızın vəziyyətini nəzərə alıb qiymətləri endirməyə başlayacaqlar. Bu məsələyə daimi nəzarət və diqqət lazımdır”.

Xatırladırıq ki, Gürcüstan yanacağı Azərbaycandan alır. Lakin bu işdə olan şirkətlər qiyməti əsassız olaraq şişirdirlər.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN