booked.netbooked.net booked.net  

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib.

Tezadlar.az Azadlıq Radiosu-nun Avropa bürosuna istinadla xəbər verir ki, bu barədə qurumun press-relizində qeyd olunub. Haaqa Məhkəməsi Putini uşaqların qanunsuz deportasiyası və insanların Ukraynadan Rusiyaya qanunsuz keçirilməsində şübhəli bilərək həbsi barəsində qərar çıxarıb.
 Qeyd edək ki, hələ cümə axşamı Birləşmiş Millətlər Təşkilatının Təhqiqat Komissiyası bəyan etmişdi ki, ukraynalı uşaqların Rusiyaya aparılması müharibə cinayəti sayıla bilər.
Rusiya Xarici İşlər Nazirliyi isə Beynəlxalq Cinayət Məhkəməsinin çıxardığı qərara münasibət bildirib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib: “Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının ölkəmiz üçün, o cümlədən hüquqi nöqteyi-nəzərdən heç bir əhəmiyyəti yoxdur. Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusunun iştirakçısı deyil və ona görə öhdəlik daşımır. Rusiya bu qurumla əməkdaşlıq etmir. Ona görə də Beynəlxalq Ədalət Məhkəməsindən gələn mümkün həbs “reseptləri” bizim üçün hüquqi cəhətdən etibarsız olacaq”.

Lakin beynəlxalq ekspertlər fərqli düşünür. Belə çıxır ki, kimsə Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq etməyən ölkədə yaşayırsa, o, istədiyi hərbi cinayəti törədə bilər?!
A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN