Ukraynanın Hərbi əks -kəşfiyyat Xidməti Rusiya hərbi kəşfiyyatı üçün kəşfiyyat məlumatları toplayan ukraynalı hərbçini ifşa edib.

Məlum olur ki, ruslar səfərbərlik xarakterli məlumatlarla maraqlanırmışlar. «Təzadlar» bildirir ki, «Ukrainskaya pravda» Ukrayna DTX-na istinadla  bu barədə məlumat yayıb.

O da məlum olub ki, İstintaqın ilkin məlumatlarına görə, hərbçi-əsgər Rusiya Federasiyası Silahlı Qüvvələrində karyera zabiti olan qohumunun qanunsuz fəaliyyəti ilə əlbir olub, cəsusluqla məşğul olub. Kuratorların göstərişi ilə o, Ukrayna dövlətinin müdafiə sahəsində gizli məlumatlarını toplayıb ötürürmüş. Kəşfiyyat məlumatlarını xaricdə saxlamaq və göndərmək üçün uzaq saxlama serverlərindən və ani mesajlaşmalardan istifadə edilib. DTX qanunsuz məlumat ötürmə cəhdi ilə əlaqədar adı çəkilən cəsusu saxlayıb. Ona "Vətənə xəyanət" maddəsi ilə ittiham elan edilib.

Baş verənlər anlaşılandır. Çünki Ukrayna ilə Rusiya arasında müharibə və münaqişə vəziyyəti uzun illərdir davam edir.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN