"Ata” siyasi blokundan prezidentliyə keçmiş namizəd Sinan Oğan nəhayət, prezident seçkilərinin ikinci turunda kimi dəstəkləyəcəyini açıqlayıb.
Tezadlar.az CNN-ə istinadla bildirib ki, o, “Cümhur İttifaqı”ndan prezidentliyə namizəd, hakim AK Parti (Ədalət və İnkişaf Partiyası), hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bildirib.
Xatırladaq ki, bu məsələ neçə gün idi Türkiyənin siyasi dairələrində və mediada ciddi müzakirə mövzusu idi. Tanınmış hüquqşünas və politoloq Adil Minbaşı dünən "Təzadlar"a müsahibəsində məhz bu proqnozu vermişdi və baş verə biləcək siyasi ehtimallara da toxunmuşdu...
Qeyd edək ki, bu ilin mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək.
Böyük ehtimal və yəqinlik budur ki, Ərdoğan bu seçkilərdə qalib gələcək.
A.Məmmədli