Nəhayət, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın əks-hücuma başladığını etiraf edib...

Tezadlar.az Rossiya24-ə istinadla bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Putin qeyd edib ki, gərgin döyüşlər təxminən beş gündür davam edir: "Əminliklə demək olar ki, onların əks-hücumu başlayıb və bunu strateji ehtiyatlardan istifadə sübut edir. Bu, tamamilə aşkar şeydir". Rusiya Prezidenti Ukrayna Silahlı Qüvvələrinin davamlı hücum potensialını da vurğulayıb: “Rusiya hərbi rəhbərliyi mövcud vəziyyəti real qiymətləndirir və yaxın gələcəkdə öz hərəkətlərimizi bu reallıqlardan çıxış edərək quracağıq”, - deyə V.Putin əlavə edib. Rusiya prezidenti qeyd edib ki, Ukrayna qoşunları hərbi əməliyyatların heç bir hissəsində qarşıya qoyulan tapşırıqları yerinə yetirə bilməyib. Rusiya prezidentinin sözlərinə görə, son günlər Ukrayna silahlı qüvvələri “klassik” göstəricini üstələyən xeyli itki verib. Eyni zamanda, Putin qeyd edib ki, Rusiya hərbi rəhbərliyi əks-hücumla bağlı vəziyyəti döyüş meydanındakı reallığa əsasən qiymətləndirir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN