Bir müddət əvvəl Türkiyədə keçirilən prezidenti seçkilərinin ikinci turunda qalib gələn Rəcəb Tayyib Ərdoğan ilk səfərlərini hansı ölkəyə edəcəyini açıqlayıb.
Türkiyə liderinin mətbuat xidməti siyasətçinin Azərbaycana gedəcəyini bildirib.
Üçüncü müddətə yenidən seçilən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah seçkidən sonra ilk səfərlərinə gedəcək.
Bildirilir ki, Türkiyə lideri Şimali Kipr Türk Respublikasına, daha sonra isə Azərbaycana səfər edəcək.
Bakıda Türkiyə dövlətinin başçısı Azərbaycan və Türkiyəni birləşdirən əlaqələrin inkişaf perspektivlərini müzakirə edəcək. Danışıqlarda regionda və dünyada vəziyyətlə bağlı mövzular da qaldırılacaq.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməyib.
Mayın 28-də keçirilən ikinci turda “Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gəlib.
Qeyd edək ki, R.T.Ərdoğan 2003-cü ildən 2014-cü ilədək Türkiyənin Baş naziri olub. 2014 və 2018-ci illərdə dövlət başçısı seçilib.
Onu da əlavə edək ki, Ərdoğan Qələbə çıxışında Azərbaycanı da unutmayıb və budur, onun tezliklə ölkəmizə səfərə gələcəyi də məlum oldu.
JASMİN