...Çevrə daralır və ermənilər başa düşməyə başlayır ki, qazdıqları quyudur, düşməlidirlər... Təxribatlar da keçmir, Fransa köməyə gəlmir, İranın yolu bağlı, Ermənistandan haya gələn yox, Kreml isə... Elə bu səbəbdəndir ki, “Arabo” dəstəsinin komandiri Manvel Yeqizaryan özünün fb səhifəsində başgicəlləndirici status paylaşıb. Yazır: “...İndi çox çətin vəziyyət yaranıb. Hətta mən çıxış yolu görmürəm. İşləri o qədər mürəkkəbləşdiriblər ki, vəziyyəti başa düşməyə belə yaxın deyiləm. Nə etdiklərini, necə çətinləşdirdiklərini bilmirəm. Biz total səfərbərlik elan etməliyik, kilsələr zəng çalmalı, biz ermənilər bir araya gəlib bütün bunlara son qoymalıyıq. Ayıbdır, siyasi sahədə bizə hörmət edilmir, bizi zəif xalq hesab edirlər”.
Erməni xəstəliyidir! Bunlar özləri güclü xalq hesab edirmi, xəbərimiz yox imiş...
Gülməlidir.
Azərbaycanda da hamı bilir ki, Ermənistan ordusu bütün sərhədboyu ərazilərdə ən yüksək hazırlıq vəziyyətinə gətirilib,xarici müşahidəçilərin bölgədən təcili təxliyə edilməsi, Qarabağdakı seperatçı rejimə yaxın Manvel Yeqizaryanın son bəyanatı və s. onu deməyə əsas verir ki, separatçılar nəsə planlayır.
Təbii ki, Azərbaycan əsgəri ayıq-sayıqdır! Və bir kərə qalxan bayraq bir daha enməyəcək! Düşmən Rusiyalı generallara və rus silahlarına arxayın olub 30 illik işğallın xəyallarını başından silməlidir, əks halda, bölgədən silinib rədd ediləcək!
A.Məmmədli