Gədəbəy rayonunun Söyüdlü kəndində qadınlardan birinə gözyaşardıcı qaz tətbiq edilməsi faktı üzrə xidməti yoxlama başladılıb.

Tezaflar.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, bununla əlaqədar DİN-in bir qrup əməkdaşı Gədəbəy rayonuna ezam olunub. Həmin fakt üzrə xidməti yoxlama aparılır. Bundan başqa, nazirlik ötən gün günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxsin kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə etdiyini qeyd edib. Nazirliyin açıqlamasında deyilir: "Həmin şəxslərə dəfələrlə xəbərdarlıq edilməsinə, izahedici söhbətlər aparılmasına baxmayaraq, onlar qeyd olunan əraziyə toplaşıblar. Onlar polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq daşla, küt alətlərlə bir neçə fəhləyə xəsarət yetirib və polis əməkdaşlarına qarşı müqavimət göstərməyə cəhd ediblər. Görülmüş tədbirlərlə qanunsuz aksiyanın iştirakçıları ərazidən uzaqlaşdırılıblar".
Bildirilib ki, xidməti yoxlamanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Söyüdlü kənd sakinləri, kənd ətrafında qızıl yataqlarından çıxarılan tullantıların atılması üçün ikinci su hövzəsinin salınmasına etiraz edirlər. Bununla bağlı süni qarşıdurmalar yaşanıb və polis əməkdaşları yaşlı qadına qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Bu isə ictimaiyyət arasında ciddi narazılığa səbəb olub. Dünya mediası da bu hadisə barədə məlumatlar yayıb. 

Hesab edirik ki, məsələyə əvvəldən rayon rəhbərliyi səviyyəsində ciddi münasibət bildirilsəydi, hadisə bu qədər şişirdilməz, etirazlara gətirib çıxarmazdı.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN