Amerika kəşfiyyatı Rusiyanın ABŞ -da qarşıdan gələn 2022 -ci il seçkilərinə müdaxilə etməyi planlaşdırdığı barədə məlumatlara malikdir.

Bu barədə CNN məlumat yayıb. Ağ Ev rəsmiləri bildirlər ki, Rusiyanın Amerika seçkilərinə müdaxilə cəhdlərinin davam etdiyi və heç vaxt bitmədiyinə dair kəşfiyyat məlumatları mütəmadi olaraq daxil olur. CNN-nin etibarlı mənbələri iddia edir ki, son vaxtlar Rusiya sosial şəbəkələrində dezinformasiya yaymaq və medianı təbliğat üçün istifadə etmək cəhdləri ilə əlaqədar kəşfiyyat məlumatları əldə edilib. CNN, həmçinin Kremlin müdaxilə taktikasının daha mürəkkəb hala gəldiyini və artıq Facebook reklamlarını asanlıqla əldə etmək kimi yolları əhatə etdiyini açıqlayıb. Moskva isə daha çox Amerika cəmiyyətinin qütbləşməsini dəstəkləməyə, xüsusən də koronavirusa qarşı peyvənd edilməsinə diqqəti yönəltməkdədir.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN