Ermənistanın baş naziri Nikol Paşinyan yeni müharibənin mümkünlüyünü açıqlayıb.

Tezadlar.az Ermənistan KİV-lərinə istinadla bildirir ki, Paşinyan  bu barədə “France-Presse”ə müsahibəsində qeyd edib. Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanana və bu saziş parlamentlər tərəfindən təsdiq olunana qədər müharibənin təkrarlanması ehtimalı böyükdür: “Ümumiyyətlə, Yer kürəsinin saziş çərçivəsində həll olunmayan münaqişəli vəziyyətli istənilən yerində istənilən vaxt müharibə ola bilər və bu, nəzərə alınmalıdır. Yenidən kəskinləşmələr, yeni müharibələr həmişə mümkündür, lakin bu, onun mütləq baş verəcəyi anlamına gəlmir. Amma bu, həm də o demək deyil ki, müharibə olmayacaq”.

Bəli, Ermənistanın siyasi və hərbi rəhbərliyi vəziyyəti müharibı ehtimalı səviyyəsinə çatdırıb. Ona görə də, Paşinyan bu təhlükəni hər an Ermənistanın başı üzərində hiss edir.
A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN