...Azərbaycan estradasının canlı əfsanəsi Flora Kərimovanın doğum günüdür! Təkraredilməz səs tembrinə və ifa tərzinə malik xalq artisti 55 ildir peşəkar səhnədədir. Keçdiyi sənət yolunda möhürünü vurduğu yüzlərlə mahnı ilə milyonların ürəyi fəth edib və etməkdə davam edir. Böyük sənətkarın səsinin hələ əsrlərlə ürəkləri oxşayacağına şübhə yoxdur. Mahnılarını dinləyən hər kəs onun bu mahnılarda özünü gördü, öz taleyini yaşadı.
Yaradıcılıqla yanaşı siyasi düşüncələri ilə də fərqlənən Flora xanım zaman-zaman çıxışlarına görə təzyiqlərə məruz qalıb. Həddən artıq ədalət hissi, vətənpərvərliyi və heç kimə yarınmaq istəyinin olmaması xalq artistinin öz sənət ömrünün demək olar ki, 3/4-ü qadağada olması ilə nəticələnib. Amma, hətta buna baxmayaraq, Qızıl Fondda ən çox sayda əsərlər Flora Kərimovaya məxsusdur.
İlk qadağanı Sovetlər dövründə Qarabağda keçirilən konsertdəki insidentə görə alıb. Belə ki, Sara Qədimova, Şövkət Ələkbərovadan sonra oxumalı olan erməni əsilli müğənni, çox zildən "Qarabağ Şikəstəsi"ni oxuyub.
 Növbəti çıxış Flora Kərimovanın idi və sənətkar konsertin proqramında nəzərdə tutulmuş əsəri deyil, elə Qarabağ Şikəstəsini 2 not daha yüksəkdən ifa etməklə hamını təəccübləndirir. Lakin, Bakıya qayıtdıqdan sonra, o dövrkü mədəniyyət nazirliyi bu addımı milli təəssüb kimi qiymətləndirərək, Flora Kərimovanı uzun müddət səhnədən uzaqlaşdırır. Sonradan, Moskvadan gələn Mədəniyyət məsələləri ilə bağlı heyətin tərkibində olan, yüksək rütbəli məmurun xanımının (hansıki, Flora Kərimovanın ifasını tanıyırdı və bəyənirdi) xahişi ilə xanım Kərimova səhnəyə qaytarılır.
Lakin Sovet dövründə ən uzunmüddətli qadağanın tarixcəsi daha maraqlı olmuşdur.
 O dövrdə, Moskvada belə qərara alınmışdır ki, hər respublikadan bir nəfərə SSRİ xalq artisti adı verilsin. Flora Kərimovanın, Moskvanın Mərkəsi Televiziyasının sifarışı ilə çəkilmiş musiqili filmdəki ifasından mütəəssir olan, SSRİ Mədəniyyət Nazırliyinin əməkdaşları, Azərbaycandan seçiləcək sənətkarın Flora Kərimova olmasını istədiklərini bildirmişdirlər. Bu qərarın əsas səbəbi, sənətkarın Fantastik ölçülərə malik səs imkanlarının olması idi və bundan əlavə, FLora Kərimova bir çoxlarından fərqli olaraq, Ali Musiqi Təhsilinə malik idi (həm Asəf Zeynallı adına musiqi məktəbini, həm də Konservatoriyanı bitirib), həm də rus dilini sərbəst bilirdi (bu o dövrdə, ziyalı üçün vacib şərt idi).
Lakin son anda, elə sənətkarın özü bu məsələni alt-üst etdi. Belə ki, o dövrdə SSRİ xalq artisti adını almaq üçün, əvvəl Azərbaycan SSR xalq artisti adını, sonra isə Ermənistan SSR xalq artisti adını almaq lazım idi və ancaq bundan sonra SSRİ xalq artisti adını verəcəkdilər. Əvvəlcə hər məqam yaxşı getsə də, söhbət Ermənistan SSR xalq artisti adına gəldikdə, FLora Kərimova Qətiyyətlə fəxri adları almaqdan imtina etdi. Təbii ki, bu Mərkəzi Komitəni təəccübləndirməyə bilməzdi...
Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olub. 1964-cü ildә Asəf Zeynallı adına Bakı Musiqi Texnikumu bitirib. 1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1977-ci ildә Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib.
1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. Klassik Avropa operası (nümunə üçün "Qaynana" filmində Dilbərin ariyası, "Sular qız" romansı), Milli Opera janrı (doqquz dəfə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli), xalq mahnıları, Bəstəkar mahnılarının Klassik Art-Estrada (Sovet Estradası) janrlarının ustad sənətkarıdır.
Azərbaycan Klassik Art-Estrada janrının banisidir (Ona qədərki sənətkarlar - Rəşid Behbudov və Mirzə Babayev daha çox milli çalarlı estrada bəstəkar mahnıları ifa edirdilər).
Bəstəkar Elza İbrahimova xüsusi olaraq Flora Kərimovanın səsi üçün "Afət" operasını bəstələyib. Repertuarında Azərbaycan bəstəkarlarının (Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oqtay Rəcəbov, Ramiz Mirişli, Mobil Babayev, Şəfiqə Axundova, Oqtay Kazımov, Elçin İmanov, Eldar Mansurov, İmruzə Hüseynova, Ətiqə Ələkbərova, Faiq Sücəddinov, Rauf Hacıyev, Fikrət Əmirov və b.) mahnıları başlıca yer tutur. Şairlərdən Ramiz Rövşən, Vaqif Səmədoğlu, Baba Vəziroğlu, Məmməd Araz, Vahid Əziz, Fikrət Qoca, Nəriman Həsənzadə və digərlərinin ən sevimli müğənnisi olan Flora Kərimovanın, onlarla həm də ailəvi dostluğu olub.
Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli (Leyli və Məcnun (opera) "Leyli və Məcnun", Üzeyir Hacıbəyov) partiyasında çıxış etmiş (1966), "Qanun naminə" (1968) bədii filmində çəkilib.
Əsrarəngiz səsi, bəşər tarixində, yeganə dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir. Bu baxımdan Flora Kərimovanın digər belə fantastik səsə malik müğənnilərdən (məsələn İmma Sumac) fərqi ondadır ki, o nəinki 4-cü oktavada vokaliz ifa edir, hətta bu yüksəklikdə oxuya da bilir. Ən qəribəsi budur ki, onun səsi bütövlüklə 4 oktavanı əhatə edir - yəni bütün notları əhatə edir (istər aşağı, istərsə zil və eləcə də orta yüksəklikdə olan).
Əvəzsiz Sənətkar Rəşid Behbudov Flora Kərimova haqqında belə deyib: "Flora Kərimovanın hər ifası bir aktyordan ibarət teatrdır".
Azərbaycan sənətkarlarından ilk dəfə olaraq Flora Kərimova 1993-1994 -cü illərdə Türkiyədə geniş konsert proqramları ilə çıxış edərək, Türkiyənin ən prestijli musiqi proqramlarının qonağı olub. Hətta, Türkiyənin ən əsas musiqi təqdimat verilişinə (İlin Mahnısı) qonaq qismində dəvət alıb. O verilişdə adətən Türkiyənin ən öndə olan sənətkarları çıxış edirdi və xaricilər verilişin qonağı olmurdu.
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN