Ermənistanın baş naziri Nikol Paşinyan yenidən sarsaxlayıb...

Elə buna görə də "Ermənistan tərəfinin ölkəmiz ilə razılaşdırmadan Azərbaycanın suveren ərazilərinə “humanitar yük” adı altında avtomobil konvoylarını göndərməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı növbəti təxribatdır. Bu təxribatın Ermənistan dövləti və baş nazir səviyyəsində təşviq olunması qəbuledilməzdir", - deyə Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan ərazilərinə yük göndərilməsi cəhdi ilə bağlı açıqlamasına dair şərhində əksini tapıb. "Bu təxribat bir daha göstərir ki, Ermənistanın “bölgədə gərgin humanitar vəziyyət” iddiaları bu ölkənin qeyri-qanuni fəaliyyətləri davam etdirmək, əsassız siyasi manipulyasiya yolu ilə gərginlik yaratmaq niyyətindən başqa bir şey deyil. Ermənistan tərəfi, Azərbaycanı qondarma “soyqırımı” cəhdlərində təqsirləndirmək əvəzinə, Ermənistan ərazisindən azərbaycanlıların məcburi şəkildə deportasiyasına, öz yurd-yuvalarından qovulan zaman insanların kütləvi ölüm hallarına, Azərbaycan ərazilərinə təcavüz və işğal nəticəsində soyqırımı daxil, insanlıq əleyhinə cinayətlərə, etnik təmizləmə siyasəti və törətdiyi əməllərə görə üzr istəməlidir. Ermənistan tərəfi həqiqətən də bölgədə sülh və sabitlikdə maraqlıdırsa, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini yalnız sözdə deyil, əməldə də dəstəkləyirsə, bu kimi təhrikçi addımlardan çəkinməli, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadəni dəstəkləməlidir. Ermənistan tərəfi həmçinin Azərbaycanın erməni sakinlərin reinteqrasiyası üzrə səylərinə maneçilik törətməməlidir".

Bəli, Ermənistanın siyasi rəhbərliyi və özünü hələ də müxalifət liderləri sayanlar anlamalıdırlar ki, Qarabağ Azərbaycan ərazisidir, bu əraziyə daxil olma Azərbaycan dövlətinin qanunları ilə olmalıdır. Və nöqtə.

"Təzadlar"

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN