Bakıda mini vertolyotların istifadəyə verilməsi nəzərdə tiutulur...

 Bu barədə Yerüstü Nəqliyyatların və Tıxacların İdarəedilməsi Agentliyindən "Təzadlar"a bildirilib. Adının çəkilməsini istəməyən məsul şəxs qeyd etdi ki, məqsəd Bakıda həlledilməz bəlaya çevrilmiş tıxacların fəsadlarını aradan qaldırmaqdır: "Məsələn, hələlik doğum evinə tələsən qadınların, infarkt keçirmiş xəstələrin, məhkəməyə tələsən jurnalistlərin, cinayət yerinə tələsən polis əməkdaşlarının, eləcə də yanğın yerinə qaçan FHN əməkdaşının, bir də yas yerinə (xüsusən də dəfnə və ehsana) tələsən mollanın (axundun) tıxacda qalma problemini həll etmək barədə Nazirlər Kabinetindən lisenziya da alınıb. Sonra bu kateqoriyalıların siyahısı artırılacaq... Artıq Bakıdakı zavodların birində belə mini vertolyotların istehsalına başlanılıb. İki nəfərlik tutumu olan vertolyotlar tıxaca düşən istənilən sərnişinin mobil rabitə ilə yerini müəyyən edir, havadan həmin əraziyə, məsələn, Babək prospektindəki dairəyə, yaxud AMAY-ın qarşısına, Yusif Səfərov küçəsinə, Sumqayıt-Bakı yolunun Saray postuna və s. yaxınlaşıb tıxacda qalması barədə sifariş vermiş sərnişini götürür, istədiyi yerə çatdırır...".

Bəs qiymətlər necədir? "Təzadlar"ın bu sualını cavablandıran həmsöhbətimiz belə dedi: "Bu barədə Tarif Şurasına təklif verilib, amma Şura SOCAR-la hələ ki, danışıqlar aparır... Məsələn, SOCAR-da hesab edirlər ki, Bakıda tıxaclar bu yolla həllini tapsa, benzin və dizel satışında gəlirlər azalacaq. Bununla belə, ilkin məlumat belədir ki, 500 m məsafə 2 manat müəyyən edilsin. Düzdür, elə sərnişin var ki, onu 200 metr məsafəyə çatdırmaq lazımdır, belələrinə 1 manat qiymət müəyyənləşdirilib...".

Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdan mövqe soruşduq, o da bu layihəni dəstəklədiyini bildirdi. layihədə Çin və yerli mütəxəssislərimiz iştirak edir...

"Təzadlar"

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN