İrəvanda Ermənistan hökumət binası yaxınlığında baş verən toqquşmalarda 16-sı polis olmaqla azı 34 nəfər yaralanıb.

24News.ge xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hökumət binası yaxınlığında baş verən qarşıdurma nəticəsində, 16-sı polis, 18-i mülki şəxs olmaqla 34 nəfər xəsarət alıb. Onlardan 17-nə lazımi tibbi yardım göstərilib və evə buraxılıb. İrəvan Ağsaqqallar Şurasına seçilən “Ana Ermənistan” blokunun lideri Andranik Tevanyan isə Respublika meydanında qurulan çadırlarda gecə-gündüz etiraz aksiyası keçirməyi planlaşdırdıqlarını bildirib. Onun və etirazçıların əsas tələbi Nikol Paşinyanın istefasıdır. Qeyd edək ki, etirazçı kütlə Ermənistan hakimiyyətini Qarabağda Azərbaycanın keçirdiyi anti terror əməliyyatlarına müdaxilə etməyi və Nikol Paşiniyanın istefasını tələb edirlər.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN