Paşinyan bu gün sentyabrın 22-də hökumətin iclasında bildirib ki, hansı halda Dağlıq Qarabağ erməniləri Ermənistana köçə bilər.

«Təzadlar» news.am-a istinadla bildirir ki, baş nazir deyib: «…Qarabağdan olan soydaşlarımızın Qarabağda qalmasının qeyri-mümkün olduğu müəyyən olunduğu halda, yəni hazırkı vəziyyət belə davam edərsə, Ermənistana aparıla bilərlər. Sitat: “Biz başa düşürük ki, hazırda belə bir mümkünsüzlük mövcuddur. Vəziyyət düzəlməsə, hamımızın gündəmində olacaq. Amma onu da bildirmək istəyirəm ki, sentyabrın 19-da, yəni hərbi əməliyyatlar başlayan gün mən baş nazirin müavini Tiqran Xaçatryana tapşırmışdım ki, soydaşlarımızı necə, harada və nə ilə dəstəkləyəcəyimizi hökumət həmkarları ilə müzakirə etsin. Ermənistana mümkün axın olacağı təqdirdə 40 mindən çox yer hazırlanıb, söhbət yaşayış yerlərindən, eləcə də səhiyyə və qidadan gedir. Bu, Qarabağın tərəfdaşları ilə razılaşdırılmış mövqeyidir. Bizim A planımız erməniləri Dağlıq Qarabağdan çıxarmaq deyil, biz öz hərəkətlərimizdə hər şeyi etməliyik ki, soydaşlarımız öz evlərində qorxmadan yaşamaq imkanı əldə etsinlər”.

Xatırladaq ki, dünən Ermənistanın baş naziri vurğulamışdır ki, Qarabağın erməni əhalisinin təxliyəsi “A” və ya “B” deyil, “C planı” olmalıdır ki, Ermənistanın etnik təxribat törətdiyi üzə çıxmasın. Sitat: «Yəni, biz öz əlimizlə Qarabağdakı erməniləri təmizləyib bura gətirsək, onda Azərbaycanı məsuliyyətdən qurtarmış olacağıq…».

Paşinyanın çıxışından o məna çıxır ki, Azərbaycan Qarabağdakı sadə erməniləri müdafiə edir, söhbət silahlılardan gedir ki, onlar da silahları təhvil verərək rədd olub gedirlər. Sitatın sonu.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN