Sabah Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanla
Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan danışıqların gündəliyini hazırlamaq üçün görüşəcəklər.
Görüş öncəsi Ermənistandan sülh açıqlamaları gəlir…
Belə ki, Ermənistanın Qarabağdakı separatçı tör-töküntüsünün əl-ayağı yığıldıqdan, revanşistlərin xarici ölkələrdəki “etibarlı” dostlarına güvənərək hay-küy salmalarının işə yaramayacağını qandıqdan sonra İrəvan Bakıya qarşı ultimatumlarından əl çəkərək, sülh dilində danışmağa başlayıb.
Ermənistan hakimiyyətinin verdiyi açıqlamalar bunu göstərir…
Ermənistan parlamentinin sədri bir neçə gün əvvəl bəyan etdi ki, Ermənistan hakimiyyəti tezliklə Azərbaycanla sülh müqaviləsinin imzalanmasına və Zəngəzur dəhlizinin tikintisi məsələsinə sadiqdir.
Ermənistan Milli Məclisinin sədri Alen Simonyan dünən erməni mətbuatına müsahibəsində bildirib ki, İrəvan Bakı ilə sülh müqaviləsini çox yaxın perspektiv hesab edir.
Həmçinin Ermənistan Silahlı Qüvvələrinin və Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrin tərksilah edilməsi İrəvanı Zəngəzur dəhlizinin öz hissəsinin tikintisinə başlamağa stimullaşdırıb. Simonyan Azərbaycanın Zəngilan rayonu ilə Naxçıvan arasında avtomobil və dəmir yolunun çəkilməsinin Ermənistan hakimiyyəti üçün prioritet vəzifəyə çevrildiyini açıqlayıb.
"Biz həqiqətən də Qranadada irəliləmək, tarixi fürsətdən istifadə etmək istərdik. Əbədi müharibə heç kimə sərfəli deyil", o, deyib.
İrəvanın bu sülhsevərliyinin səmimi olub – olmadığını isə çox yaxında – sabahkı Brüssel görüşündə görəcəyik.
Və yəqin ki, Bakı bundan sonra qərarını verəcək…
JASMİN