Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, millət vəkili Qənirə Paşayevanın dəfni ilə bağlı məsələlər nəzarətə götürülüb.
Tezadlar.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında deputatın əmisi Qəzənfər Paşayev deyib. Q.Paşayev deyib ki, Qənirə Paşayevanın dəfn mərasimi sabah İkinci Fəxri xiyabanda baş tutacaq.
Allah rəhmət eləsin!
"Təzadlar" ailəsi və oxucularımız adından Qənirə Paşayevanın ailəsinə, eləcə də yaxınlarına dərin hüznlə başsağlığı veririk.